Çinli alim: Qadınların elm və tədqiqat sahəsindəki rolu artırılmalıdır
10.09.2025 [16:38]
Bizim müzakirələrdə diqqət yetirməli olduğumuz mühüm məsələlərdən biri qadınların elm və tədqiqat sahəsindəki roludur. Təəssüf ki, qadın professorların sayı onların apardıqları tədqiqatların sayına nisbətdə hələ də azdır. Bu, hətta sosial elmlər sahəsində də müşahidə olunur. Çox vaxt qadınların gördüyü işlər sanki səhnə arxasında qalır və kifayət qədər görünmür.
AZƏRTAC xəbər verir ki, bu sözləri AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən “Yeni Asiya nizamının formalaşması” mövzulu yan tədbirdə Şərqi Çin Normal Universitetinin dosenti Xu Quanqmiao deyib.
Forum iştirakçısı bu vəziyyətin dəyişməsi üçün müəyyən addımların atılmalı olduğuna diqqət çəkib: “İlk növbədə, qadın alimlərin işlərinin tanıdılması və ictimaiyyətə çatdırılması vacibdir. Burada sosial medianın gücü xüsusi qeyd olunmalıdır. Müxtəlif regionlarda sosial medianın təsirini araşdırmaqla biz qadınların tədqiqatlarının daha geniş auditoriyaya çatmasına şərait yarada bilərik. Eyni zamanda, gənclərin məsələlərə daha açıq perspektivdən baxması da bizə ümid verir. Bu yanaşma göstərir ki, qadınlar və gənclər birlikdə dünyanın gələcəyini formalaşdırmaqda mühüm rol oynaya bilərlər. Onlar sənayeləri, icmaları və müxtəlif sahələri öyrənərək yeni mövzulu dialoqların yaranmasına təkan verirlər”, - deyə Xu Quanqmiao vurğulayıb.
O qeyd edib ki, qadın alimlər üçün beynəlxalq elmi layihələrdə daha geniş iştirak imkanları yaradılmalıdır. “Onların məqalələri, araşdırmaları və nailiyyətləri üçün xüsusi dəstək platformaları formalaşdırılmalıdır. Təhsil imkanları daha da genişləndirilməli, gənc qadınların elmə gəlməsinə stimullar artırılmalıdır. Qadın sahibkarlar kimi qadın tədqiqatçılara da qrantlar, fondlar və təşviq mexanizmləri təqdim olunmalıdır. Ən əsası, mövcud stereotiplər aradan qaldırılmalı və qadınların liderlik imkanlarına daha açıq yanaşılmalıdır”, - deyə dosent vurğulayıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27

