Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Belçika ilə iqtisadi tərəfdaşlığın inkişafı müzakirə olunub

Belçika ilə iqtisadi tərəfdaşlığın inkişafı müzakirə olunub

31.10.2025 [23:32]

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Belçika Müəssisələri Federasiyasının prezidenti, “FiB Belgium” şirkətinin icraçı direktoru Rene Branders ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın Belçika Krallığı ilə əlaqələrin inkişafına önəm verdiyi vurğulanıb, keçirilən görüş və tədbirlərin, aparılan danışıqların iqtisadi əməkdaşlığın genişlənməsində əhəmiyyət kəsb etdiyi qeyd olunub. Belçika ilə ticarət, sənaye, enerji, nəqliyyat və digər istiqamətlər üzrə işbirliyinin gücləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb. Belçikalı investorlar ölkəmizdə həyata keçirilən layihələrdə fəal iştiraka dəvət olunub.

Tərəflər Azərbaycan və Belçika arasında iqtisadi əməkdaşlığın prioritetləri, qarşılıqlı sərmayə təşəbbüslərinin reallaşması və ixrac missiyalarının təşkili imkanlarını dəyərləndiriblər.

Qeyd edək ki, Belçika Müəssisələri Federasiyası 1973-cü ildə Belçika Sənaye Federasiyası və Belçikanın Sənaye Olmayan Müəssisələr Federasiyasının birləşməsi ilə yaradılıb. Qurum 40-dan çox sahəvi federasiya vasitəsilə 50 mindən çox şirkəti özündə birləşdirir.

Paylaş:
Baxılıb: 543 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Gündəm

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30