Estoniyalı siyasətçi Nikolay Meinert: Seçkilərin nəticələri seçicilərin iradəsini əks etdirir
11.10.2013 [10:09]
Azərbaycanda prezident seçkilərini müşahidə etmiş Mərkəzi Avropa Siyasi Monitorinq Qrupunun üzvü, estoniyalı siyasətçi Nikolay Meinert mətbuat konfransında seçkilərin demokratik şəkildə keçdiyini deyib: “Biz bura qısamüddətli missiya üçün gəlmişdik və yalnız seçki gününü müşahidə etdik. Müşahidələrimizdən çıxış edərək deyə bilərik ki, nəticələr seçicilərin iradəsini əks etdirir. Əlbəttə, hansısa texniki səhvlər gördük, amma bu texniki problemlər nəticəyə heç bir təsir göstərməmişdir”.
AzərTAc xəbər verir ki, bir çox seçki məntəqələrində olduğunu qeyd edən qrupun üzvü, Avstriya Parlamentinin deputatı Qerhard Huber seçkilərin texniki baxımdan lazımi səviyyədə təşkil edildiyini vurğulayıb: “Mən hər hansı bir zorakılıq halını və ya qanun pozuntusuna yol verildiyini müşahidə etmədim. Yəni seçkilərin azad və şəffaf şəkildə keçirildiyini deyə bilərik”.
Həmkarlarının fikri ilə razılaşdığını bildirən qrupun üzvü Nikolas Qriffin müşahidələrinin onda müsbət rəy doğurduğunu qeyd edib. Müxalifətin bəzi nümayəndələrinin ona şikayət etdiyini də diqqətə çatdıran qrup üzvü gün ərzində bununla bağlı hər hansı sübut tapmadığını bildirib.
N.Qriffin onu da əlavə edib ki, seçkilər zamanı hansısa pozuntulara və ya təzyiqlərə rast gəlməyib, seçkilər azad və demokratik şəkildə keçirilib.
Mərkəzi Avropa Siyasi Monitorinq Qrupunun digər üzvü, Litva Parlamentinin deputatı Linas Balsys Bakıdan kənarda da seçki məntəqələrində müsahibələr apardığını və vəziyyətin Bakıdakından fərqlənmədiyini bildirərək deyib: “Seçki ardıcıllığı və qanunçuluq yüksək səviyyədə təşkil olunmuşdu. Eyni zamanda, yerli müşahidəçilərin də çox olması məni sevindirdi. Onlar fəal idilər, bizimlə əməkdaşlıq edirdilər. Biz yüksək seçki fəallığını da müşahidə etdik ki, bu da ən mühüm göstəricidir. Seçkilərdən əvvəlki və sonrakı müşahidələrimə əsasən deyə bilərəm ki, seçkilər zamanı bəzi kiçik problemlərə də rast gəldik. Lakin bu problemlərin nəticələrə heç bir təsiri ola bilməz. Bizim qrup bu qənaətə gəldi ki, ümumi mənzərə müsbətdir. Düşünürük ki, seçkilər ədalətli oldu və insanlar da seçimlərini azad şəkildə etdilər. Avropa standartlarına cavab verən seçkilər keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana təxminən 1200 müşahidəçi gəlib. Bu da o deməkdir ki, bu seçkilər, Azərbaycandakı demokratiya dünyanın bütün ölkələri üçün çox əhəmiyyətlidir. Biz həmçinin, Azərbaycanın yeni Seçki Məcəlləsinə də nəzər saldıq. Belə nəticəyə gəldik ki, bu çox ciddi qanundur. Bütün prosedurlar aydın şəkildə burada öz əksini tapıb. Məntəqələrin bir çoxunda öz vəzifəsini ilk dəfə icra etməyən peşəkarlara rast gəldik. Ümumi təəssüratlarımız çox yaxşıdır”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13

