Azərbaycan Diplomatik Akademiyasında İngilis Dili Mərkəzi yaradılıb
11.10.2013 [10:17]
Oktyabrın 10-da Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə Böyük Britaniyanın “British Council” təşkilatı arasında İngilis Dili Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
AzərTAc xəbər verir ki, qonaqları salamlayan Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev bu əməkdaşlığı yüksək qiymətləndirib və Mərkəzin işinə uğurlar arzulayıb.
ADA-nın qısa müddətdə əldə etdiyi uğurlardan söhbət açan akademiyanın Humanitar və Dəqiq Elmlər İnstitutunun dekanı Vəfa Kazdal bu əməkdaşlığın hər iki quruma böyük fayda verəcəyini söyləyib. O, deyib ki, həm ADA, həm də “British Council” yeniliklərə açıq olan, müasir təhsil metodlarından istifadə edən, təhsilə radikal islahatlar gətirən, onun inkişafına mühüm önəm verən, təhsilin qloballaşmasının fərqinə varan və bunu öndə tutan təhsil müəssisələridir. Müasir dünyada qloballaşmadan danışanda ingilis dilinin əhəmiyyətini vurğulamamaq mümkünsüzdür. Çünki qloballaşan təhsilin ən vacib amillərindən biri də ingilis dilli təhsildir. Məhz bu səbəbdən də ADA-nın fəaliyyətə başladığı ilk gündən tədris dili ingilis dili olub. Biz buna xüsusi önəm verir və daim yeniləşməyə doğru addımlayırıq.
Bildirilib ki, Mərkəzin məqsədi Azərbaycanda müasir tələblərə cavab verən ingilis dilinin keyfiyyətli tədrisini genişləndirməkdir. ADA ilə “British Council” arasında qurulan bu əməkdaşlıq nəticəsində Azərbaycanda ingilis dilini öyrənmək istəyən şəxslər beynəlxalq təkmilləşmə ilə təmin ediləcəklər. ADA-nın təhsil korpusunda fəaliyyət göstərəcək İngilis Dili Mərkəzində kurslar “British Council” tərəfindən təşkilatın keyfiyyət standartlarına uyğun şəkildə aparılacaq. Kurslar hər kəs üçün açıq olacaq. Əsasən dərslər günün ikinci yarısında başlayacaq və iştirakçıların vaxt imkanları nəzərə alınacaq.
“British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Elizabet Vayt təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, “British Council” hazırda 6 qitədə və 100-dən artıq ölkədə fəaliyyət göstərməklə bütün dünyada insanların həyatına hər gün yeni imkanlar gətirməkdə davam edir: “Azərbaycanda biz ingilis dilinin tədrisi, ingilis dili biliklərinin artırılması, beynəlxalq imtahanların təşkil olunması, mədəni mübadilələrin təşkili, ali təhsil müəssisələri və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq istiqamətində fəaliyyət göstərməkdəyik”.
Ölkəmizdə yenidən fəaliyyət göstərəcək İngilis Dili Mərkəzinin işinə uğurlar arzulayan E.Uayt deyib ki, biz imkanlarımızı birləşdirməklə insanların daha keyfiyyətli dil öyrənmələrinə nail olacağıq.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

