/ / “Brüssel Signal” portalında Azərbaycan-Ermənistan münasibətləri, regionda sülh prosesləri və əməkdaşlıq imkanlarından bəhs edən məqalə yayımlanıb
“Brüssel Signal” portalında Azərbaycan-Ermənistan münasibətləri, regionda sülh prosesləri və əməkdaşlıq imkanlarından bəhs edən məqalə yayımlanıb
02.12.2025 [10:42]
“Brussels Signal” portalında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycan-Ermənistan münasibətləri, ölkəmizin regionda sülhün təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də Avropanın enerji təhlükəsizliyində rolu ilə bağlı fikirlərindən bəhs edən məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun uzun müddət Ermənistanla bağlı ərazi mübahisəsinə fokuslansa da, bölgədə sülhün təmin edilməsindən sonra əməkdaşlığın əsas istiqamətinin dəyişdiyi və iqtisadi sahələrin ön plana çıxdığı vurğulanıb. 2023-cü ilin sentyabrında keçirilmiş qısamüddətli antiterror tədbirlərindən sonra Qarabağ məsələsinin faktiki olaraq başa çatdığı bildirilib. Məqalədə etnik ermənilərin böyük hissəsinin regionu tərk etdiyi və artıq iki ölkənin birgə infrastruktur layihələri üzərində işləmək imkanına malik olduğu diqqətə çatdırılıb.
Yazıda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ötən həftə Brüsseldə jurnalistlərə müsahibəsində “Biz müharibədə qalib gəldik, gəlin, indi sülhü qazanaq. Biz regionu köklü şəkildə yenidən qururuq və Azərbaycan-Ermənistan sülh gündəliyini möhkəmləndiririk”, - fikri oxucuların diqqətinə təqdim olunub. Hazırda bu istiqamətdə diqqət mərkəzində saxlanılan, Azərbaycan, Ermənistan, İran və Türkiyə sərhədlərinin kəsişməsində yerləşən Zəngəzur dəhlizinin potensial olaraq Çin ilə Avropanı birləşdirəcək nəqliyyat oxu hesab edildiyi xüsusi vurğulanıb. Eyni zamanda, ABŞ-ın layihənin Ermənistana aid hissəsində tərəfdaş qismində çıxış etdiyi və dəhlizin bir seqmentinə Prezident Trampın adının verildiyi qeyd olunub.
Məqalədə, həmçinin Azərbaycanın həm təbii qazın, həm də bərpaolunan elektrik enerjisinin potensial tədarükçüsü kimi öz imkanlarını təqdim etdiyi, ölkədə qızıl yataqlarının olduğu, həmçinin nadir torpaq elementlərinin mövcudluğunun ehtimal edildiyi vurğulanıb.
Xəbərdə Azərbaycanın Qərb tərəfindən sanksiyaya məruz qalan Rusiya və İran arasında yerləşməsinin regiona öz təsirini göstərdiyi də bildirilib. Bu çərçivədə SOCAR-a məxsus enerji obyektlərinə və Azərbaycanın Kiyevdəki səfirliyinin binasına Rusiyanın hava zərbələrinin endirildiyi, eyni zamanda, Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunun törədildiyi xatırlanıb. Hikmət Hacıyevin Rusiyanın Ukraynada SOCAR-ın obyektlərinə və səfirliyin binasına zərbələrin endirilməsini qəza nəticəsində vurulmuş zərər olduğunu qeyd etdiyi bildirilib. Həmçinin Azərbaycanın Tehrandakı səfirliyinə hücumda məsuliyyət daşıyan şəxslərdən birinin edam edildiyi də xüsusi vurğulanıb.
Eyni zamanda, yazıda 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində 67 sərnişindən 38-nin həlak olmasına da toxunulub. Prezidentin köməkçisinin bu məsələ barədə şərhində Rusiya Prezidentinin Azərbaycanın narahatlıqlarını cavablandırdığı, hadisə ilə bağlı Rusiya tərəfindən araşdırmanın aparıldığı və cinayəti törədən şəxslərin məsuliyyətə cəlb olunacağını qeyd etdiyi diqqətə çatdırılıb. Bu kontekstdə Hikmət Hacıyevin “Bütün bu gərginlik dalğasının artması bizə təsir göstərə bilər. Lakin buna baxmayaraq, Azərbaycan sabitlik, təhlükəsizlik və firavanlıq adasıdır və biz bunu daha da möhkəmləndirməkdə davam edəcəyik” fikri xüsusilə qeyd edilib.
Bundan başqa, məqalədə Ermənistanla münaqişənin başa çatmasının Bakının xarici siyasətinə yenidən baxılmasına səbəb olduğu, Azərbaycanın hazırda özünü Mərkəzi Asiya ilə Qafqaz dağları və Yaxın Şərq arasında yerləşən ölkə kimi gördüyü, ölkənin geosiyasi kimliyinin artıq çoxşaxəli xarakter aldığı vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

