Orxan Zeynalovun məsələsindən sui-istifadə Rusiyanın maraqlarına ziddir
19.10.2013 [13:33]
Məlum hadisədən Rusiya cəmiyyətində etnik düşmənçilik toxumu səpmək yönündə istifadəyə cəhd bu ölkənin daxili sabitliyinə təhlükə yarada bilər
Son günlər Rusiyada baş verənlər bütün diqqətləri bu şimal ölkəsinə çevirib. Bu da səbəbsiz deyil. Belə ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovun qətlindən bir neçə gün sonra rayon ərazisində baş verən iğtişaşlar, cinayətdə ittiham olunan Azərbaycan vətəndaşı Orxan Zeynalova qarşı rus milisi tərəfindən zorakılığın törədilməsi, yerli KİV-in hadisə ətrafında həddindən artıq süni ajiotaj yaratması, məişət zəmnində baş vermiş cinayətə etnik qarşıdurma görüntüsünün verilməyə çalışılması, yayılan video və fotomateriallarda bir çox sual doğuran məqamların olması və nəhayət, Rusiyanın bəzi rəsmi dairələrinin məsələni süni olaraq qabartması açıq təxribatdan xəbər verir. Daha dəqiq desək, görünən odur ki, Orxan Zeynalovun bu cinayəti törətməsinin sübuta yetirilmədiyi halda, kimlərsə, onun simasında Rusiya ictimaiyyətinin gözündə mənfi azərbaycanlı obrazını formalaşdırmağa çalışır.
Beləliklə, Rusiya kimi əhalisi çox olan və müxtəlif etnik qrupların yaşadığı bir ölkədə hər gün baş verən belə bir cinayət hadisəsinin ətrafında bu cür süni ajiotajın yaradılmasının arxasında bir neçə məqsəd dayana bilər. Bunlardan biri Azərbaycan-Rusiya əlaqələrinə kölgə salmaq istəyi ola bilər. Məlumdur ki, iki ölkənin istər hakimiyyət strukturları, istərsə də xalqları arasında münasibətlər daim yüksək səviyyədə olub və Rusiya prezidenti Vladimir Putinin bu ilin avqust ayında Bakıya səfəri bunu bir daha təsdiq etdi. Digər tərəfdən, Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə sıx əməkdaşlıq və milli maraqlardan, tarixi, coğrafi şəraitdən irəli gələn strateji tərəfdaşlıq mövcuddur. Aydındır ki, Azərbaycan ilə münasibətlərə kölgə sala biləcək hər hansı hadisənin baş verməsi, təxribatın törədilməsi Rusiyanın dövlət mənafeyinə və Cənubi Qafqaz regionundakı maraqlarına uyğun deyil. Əgər Rusiya Cənubi Qafqaz xalqları ilə normal əlaqələrin saxlanması, əməkdaşlığın daha da möhkəmləndirilməsi yolunu tutubsa, baş verənlər məntiqi cəhətdən anlaşılmazdır.
Adi bir cinayət hadisəsini etnik düşmənçilik həddinə çatdırmaq istəyənlərin digər bir məqsədi isə Rusiyada millətlərarası, dinlərarası qarşıdurma yaratmaq istəyi ola bilər. Bildiyimiz kimi, Rusiya etnik və dini cəhətdən kifayət qədər rəngarəng, həmçinin, həssas ölkədir və onun federasiya quruluşu da məhz milli etnik amillərlə bağlıdır. Bu səbəbdən də, bu ölkədə etnik, dini zəmində istənilən qığılcım eyni vaxtda, yaxud zəncirvari qaydada ölkənin hər yerini bürüyən böyük partlayışla nəticələnə bilər. Ona görə də, belə hadisələrdə həssaslığın nümayiş etdirilməsi, emosiyalara qapılmadan, qanunvericilik çərçivəsində addımların atılması ilk növbədə, Rusiya dövlətinin təhlükəsizlik maraqlarına cavab verir. Yeri gəlmişkən, sözügedən məsələyə münasibət bildirən Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən bu hadisə ətrafında həyata keçirilən qeyri-adekvat tədbirlər, yerli KİV-lərin qızışdırıcı mövqeyi bumeranq effekti verə bilər: “Moskvada bir nəfər ehtimal edilən qatilin tapılması üçün bu məsələyə aidiyyəti olmayan çoxsaylı miqrantın saxlanılması, onların incidilməsi, yaranmış vəziyyətin süni şəkildə şişirdilməsi halları baş verir ki, bu da çoxmillətli və çoxkonfessiyalı Rusiya cəmiyyətində milli ayrı-seçkiliyin, ksenofobiyanın, irqçilik meyillərinin güclənməsinə xidmət edir, diskriminasiya xarakteri daşıyır və yeni qanun pozuntularına yol açır. Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən bu hadisə ətrafında həyata keçirilən qeyri-adekvat tədbirlər, yerli KİV-lərin qızışdırıcı mövqeyi bumeranq effekti verə və Rusiya cəmiyyəti üçün arzuolunmaz proseslərin inkişafına şərait yarada bilər. Konkret bir cinayət hadisəsinin xüsusi qaydada seçilməsi, onun ətrafında xoşagəlməz süni ajiotajın yaradılması və qızışdırılması olduqca düşündürücü faktdır. Ümid edirik ki, Rusiya xalqı və hökuməti müəyyən maraqlı dairələrin belə təhlükəli təxribatlara yol verməsinin qarşısını alacaq və bu tipli milli ayrı-seçkilik meyilləri Rusiya cəmiyyətinin dərin qatlarına ayaq açmayacaq”.
Baş verən hadisələr fonunda belə fikirlər də səsləndirilir ki, əslində, son hadisələrdə Orxan Zeynalov bir bəhanədir. Yəni, söhbət Rusiyada gəlirli biznes sahəsini ələ keçirməkdən gedir. Orxan Zeynalovun çalışdığı Biryulevo bazarının bağlanması kimi qəribə addımı da məhz bununla əlaqələndirirlər.
İstənilən halda, Rusiya hüquq-mühafizə orqanlarının fəaliyyəti həqiqətən də çoxmillətli Rusiya cəmiyyətində milli ayrı-seçkiliyi, ksenofobiyanı, diskriminasiyanı stimullaşdırır. Heç bir normal şəxs bu təzahürlərin gücləndiyi cəmiyyətdə yaşamaq istəməz. Belə bir cəmiyyətdə biznes qurmaq da çətin məsələdir. Yəni, belə təzahürlər həm də cəmiyyətin iqtisadi əsaslarını sarsıdır. Buna görə də, Rusiya hökuməti ciddi düşünməlidir. Əgər söhbət miqrantlarla bağlı qayda-qanun yaratmaqdan gedirsə, bunun ölkə qanunvericiliyi və beynəlxalq konvensiyalarla tənzimlənən sivil yolları mövcuddur.
Onu da deyək ki, hadisənin süni surətdə şişirdilməsində hansı məqsədin güdülməsindən asılı olmayaraq, Azərbaycan tərəfi öz mövqeyi, iradəsini aydın və birmənalı şəkildə ortaya qoyub. Rəsmilərin bəyanatlarından, Azərbaycan Xarici İşlər Nazirliyinin və Azərbaycanın Rusiyadakı səfirliyinin Rusiya tərəfinə göndərdiyi müvafiq notalardan da göründüyü kimi, Azərbaycan tərəfi Orxan Zeynalova Rusiyanın qanunları çərçivəsində, ədalətlə davranılmasını istəyir. Eyni zamanda, Azərbaycan tərəfi məsələnin iki ölkə arasındakı münasibətlərə kölgə salmasına imkan verməyəcəyini də açıq bəyan edib.
Əlbəttə ki, cinayəti törətdiyi sübuta yetiriləcəyi təqdirdə Orxan Zeynalovun Rusiya qanunlarının tələblərinə uyğun surətdə layiqli cəzasını almasına heç kim etiraz edə bilməz. Eyni zamanda, hadisələrin bundan sonrakı inkişafında Rusiya hüquq-mühafizə orqanlarının Orxan Zeynalova sərgiləyəcəyi ədalətli mövqe təxribatçıların niyyətlərini puça çıxarmaqla Rusiyanın özünün maraqlarını qoruyacaq. Əgər əksinə, bu hadisədən Rusiya KİV-də və cəmiyyətində etnik düşmənçilik toxumu səpmək yönündə istifadəyə davam edilərsə, onda bu ölkənin daxili sabitliyi ciddi təhlükə qarşısında qala bilər.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

