Təl-Əvivdə “Xocalıya ədalət” mövzusunda fotosərgi açılıb
24.10.2013 [09:06]
“Xocalıya ədalət” kampaniyası çərçivəsində bu ilin fevralında açılmış fotosərgi fəaliyyətini İsrailin ən iri şəhərlərindən olan Təl-Əvivdə “Neve Elizzer” Mədəniyyət Sarayında davam etdirir.
Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (“Azİz”) mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, fotosərgi Heydər Əliyev Fondunun, “STMEQİ” Beynəlxalq Dağ Yəhudiləri Fondunun və Təl-Əviv şəhəri bələdiyyəsinin dəstəyi ilə bu assosiasiya tərəfindən təşkil olunub.
Tədbir “Justice for Khojaly” mövzusunda sənədli fotosərginin nümayişi ilə başlanıb. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələri əks etdirən fotoşəkillər tamaşaçılara güclü təsir bağışlayıb.
Təl-Əviv şəhəri merinin müavini Arnon Qiladi, Təl-Əviv şəhəri İctimai Şurasının sədri Yelena Yufit, Rusdilli İsraillilər Federasiyası Təl-Əviv şöbəsinin rəhbəri İlya Levin, Təl-Əviv sakini, Azərbaycanın Xalq artisti Dina Tumarkina, professor Mixail Aqarunov və şəhərin digər sakinləri gördükləri ilə bağlı təəssüratlarını xatirə kitabında qeyd ediblər.
“Azİz” assosiasiyası idarə heyətinin üzvü, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Xocalı faciəsi barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib.
Arye Qutun sözlərinə görə, bu faciənin amansız və dəhşətli səhnələri Azərbaycanın qəlbində yara kimi əbədi qalacaq. A.Qut deyib: “Xocalı faciəsi bir tərəfdən Xocalının hər bir sakininin öz torpağına, millətinə, vətəninə sədaqətinin nümunəsidir. Digər tərəfdən, bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi soyqırımıdır, barbarlığın və faşizmin görünməmiş təzahürüdür”.
Ermənistan silahlı birləşmələrinin vəhşiliyi nəticəsində Xocalı sakinlərindən 613 nəfəri öldürülüb, 487 nəfəri şikəst olub, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülüb, ağlasığmaz işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıblar. 150 nəfərin taleyi indiyədək məlum deyil. Bu, əsil soyqırımı idi. Xocalıda qətlə yetirilmiş 613 nəfərdən 106-sı qadınlar, 63-ü uşaqlar, 70-i qocalar olublar.
Politoloqun fikrincə, bu faktlar sübut edir ki, Xocalının mülki əhalisinin qəsdən məhv edilməsinin məqsədi onların hamısını azərbaycanlı olduqlarına görə kütləvi şəkildə qırmaq olub. A.Qut bildirib: “Xocalı şəhəri Azərbaycan ərazilərinin növbəti işğalı və etnik təmizlənməsi, dəhşətli amansızlığın müqabilində vahimə və qorxu yaradılması üçün mərhələ kimi seçilmişdir. Günahsız uşaqlara, qadınlara və qocalara qarşı vəhşicəsinə törədilmiş bu qəddarlığın heç cür izahı yoxdur”.
“Azİz” Beynəlxalq Assosiasiyası idarə heyətinin üzvü Arye Qut çıxışının sonunda qeyd edib ki, Xocalının azərbaycanlı əhalisinin qırğını ilə bağlı bütün bu faktlar istər-istəməz nasistlərin Liditsa, Oradur və Xatında törətdikləri cinayətləri yada salır. Arye Qut çıxışını bu sözlərlə başa vurub: “Nə qədər ki Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır, nə qədər ki Azərbaycanın bu dilbər guşəsi işğalçılardan azad edilməmişdir və azərbaycanlılar doğma yurd-yuvalarına qayıtmamışlar, İsraildəki Azərbaycan diasporunun nümayəndəsi kimi bizim hər birimiz erməni təcavüzü, onun ağır nəticələri ilə bağlı həqiqətin dünya ictimaiyyətinə çatdırılmasına səy göstərməli və ədalətin bərpasına və möhkəmlənməsinə kömək etməliyik”.
Təl-Əviv şəhəri merinin müavini Arnon Qiladi, Təl-Əviv şəhəri İctimai Şurasının sədri Yelena Yufit, Rusdilli İsraillər Federasiyası Təl-Əviv şöbəsinin rəhbəri İlya Levin Təl-Əviv şəhərində “Xocalıya ədalət” (“Justice for Khojaly”) mövzusunda fotosərginin keçirilməsi təşəbbüsünə və təşkilinə görə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (“Azİz”) və Heydər Əliyev Fondunun nümayəndələrinə minnətdarlıqlarını bildirib, Azərbaycan xalqının yaşadığı amansız faciədən və qanlı qırğından dəhşətə gəldiklərini qeyd ediblər.
Rusdilli İsraillilər Federasiyası Təl-Əviv şöbəsinin rəhbəri İlya Levin deyib: “Xocalıda törədilmiş qətliama həsr olunmuş bu fotosərgi məni sadəcə sarsıtdı. Mən gördüklərimdən şoka düşmüşəm. Bu, sadəcə olaraq, Azərbaycan xalqına qarşı amansızlığın və vəhşiliyin təzahürüdür. Mən Belarusda doğulmuşam və 1943-cü ilin yazında Belarusun alman faşistləri tərəfindən məhv edilmiş Xatın kəndinin tarixini çox yaxşı bilirəm. Bu gün mən fotoşəkilləri görəndə və Xocalıda törədilmiş qırğınla bağlı məlumatları dinləyəndə başa düşdüm ki, Xatın və Xocalı xalqlarımızın faciələrini əks etdirən sinonimlərdir”.
“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Slivak tədbir iştirakçılarına təşəkkür edib. L.Slivak Azərbaycan icmasına göstərilən daimi qayğıya görə Təl-Əviv şəhəri meriyasının nümayəndələrinə minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10

