ABŞ beynəlxalq təşkilatlara və siyasətçilərə təzyiqləri artırır
29.10.2013 [09:31]
Azərbaycanda prezident seçkiləri ilə bağlı müsbət rəyi dəyişdirmək üçün “səlib yürüşü”nə başlanılıb
Məlum olduğu kimi, Azərbaycanda prezident seçkiləri kampaniyası mövcud qanunvericilik və beynəlxalq təcrübəyə uyğun keçirilib. Seçki prosesinin bütün mərhələlərində prezidentliyə namizədliyini irəli sürmüş şəxslərin öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində həyata keçirmələri üçün zəruri şərait yaradılıb, namizədlər istər Bakıda, istərsə də regionlarda öz seçiciləri ilə görüşlərini sakit, hər hansı qanun pozuntusuna yol vermədən təşkil edib, onlara ayrılmış təşviqat imkanlarından bərabər şəkildə yararlanıblar. Seçki prosesinin təhlükəsizliyi dövlət orqanları tərəfindən lazımi şəkildə təmin olunub və səsvermə günü hər hansı kobud qanun pozuntusu qeydə alınmayıb.
Bu faktlar seçkiləri müşahidə edən yerli müşahidəçilərlə yanaşı, beynəlxalq müşahidə missiyalarının da hesablarında öz əksini tapıb. Belə ki, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Müstəqil Dövlətlər Birliyi, TürkPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, ABŞ Müstəqil Siyasi Monitorinq Mərkəzi, Türk Dövlətləri Əməkdaşlıq Şurası, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi, Avropa Akademiyası, Beynəlxalq “İDEES” təşkilatı, Latin Amerikası və Karib dənizi ölkələri siyasi partiyalarının təşkilatı (COPPPAL), Qara Dəniz Ölkələri Vətəndaş Dialoqu, Rusiya İctimai Palatası, Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu, “Ədalətli Seçkilər Uğrunda” təşkilatı, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı və digər qurumlar, həmçinin, Fransa, İtaliya, Hindistan, Pakistan, Bolqarıstan və digər ölkələrdən olan müşahidəçi missiyaları Azərbaycanda seçkilərin demokratik, ədalətli, şəffaf və obyektiv keçirildiyini bəyan ediblər. Eləcə də, ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen xüsusi bəyanat yayaraq, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin birgə bəyanatını bölüşdüyünü və 9 oktyabr seçkilərinin azad, şəffaf və ədalətli keçirildiyini bildirib. ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara da seçkilərin demokratiyaya doğru əhəmiyyətli addım olduğunu qeyd edib. ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri xanım Dorris Barnett isə şəxsən məntəqələrdə seçki prosesini izlədiyini və heç bir pozuntuya rast gəlmədiyini deyib. Amma çox təəssüf ki, ATƏT-in qısamüddətli müşahidə missiyasının, bu qurumun Parlament Assambleyasının müşahidə qrupunun, habelə, AŞPA-nın rəyinin əksinə olaraq, ATƏT-in bir qrup uzunmüddətli müşahidəçiləri Azərbaycana qarşı müəyyən maraqlı dairələrin mövqeyini ifadə edən qərəzli “hesabatla” çıxış etdilər. Həmin “hesabatın” mürəkkəbi qurumamış ABŞ Dövlət Departamenti qeyri-obyektiv mövqe nümayiş etdirərək Azərbaycandakı seçkilərin guya beynəlxalq standartlara cavab vermədiyi barədə bəyanat yaydı. Baxmayaraq ki, ABŞ-dan olan onlarla nüfuzlu siyasətçi, bu ölkədə fəaliyyət göstərən təşkilatların nümayəndələri də seçkiləri müşahidə etmiş və bu proseslərlə bağlı müsbət rəylərini bildirmişdilər.
Amma deyəsən, bu müsbət fikirlərin səslənməsi bəzilərinə sərf etmir və bu seçkiləri gözdən salmaq, onun guya beynəlxalq standartlara cavab vermədiyi haqqında dünyada rəy formalaşdırmaq müəyyən xarici qüvvələrin maraq dairəsinə daxildir. “Milli şura” adlanan qondarma qurumun simasında Azərbaycan müxalifəti və erməni lobbisi ilə sıx əlaqədə olan bu dairələr beynəlxalq aləm tərəfindən seçkilərə verilən yüksək qiyməti həzm edə bilmir və indi də Avropa Parlamenti, Avropa Şurası, ATƏT Parlament Assambleyasına təzyiq göstərir, onların rəyini dəyişdirməyə çalışırlar.
Xəbər verdiyimiz kimi, bu qüvvələrin fövqündə duran ABŞ açıq şəkildə nüfuzlu Avropa təsisatlarına, ayrı-ayrı ölkələrə barmaq silkələmək yolunu tutdu. Nəticədə, Avropa Parlamentində şou təşkil olundu və AP özü-özünü təkzib edəcək səviyyədə qeyri-səmimilik, qeyri-obyektivlik nümayiş etdirdi. Avropa Parlamentinin plenar sessiyasında “lazımi” qətnamə qəbul etdirdikdən sonra indi də Avropa Şurası ilə müvafiq “iş” aparılır. Təsadüfi deyil ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyi Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar Avropa Şurasının baş katibi Torbörn Yaqlanda müraciət ünvanlayıb və AŞPA müşahidə missiyasının rəyindən narahatlığını ifadə edərək ona bir daha bu məsələdə ABŞ-ın mövqeyini xatırladıb. Nəticə də özünü çox gözlətmədi. Verilən məlumata görə, AŞPA Daimi Komitəsinin noyabrın 22-də Vyanada keçiriləcək iclasında Azərbaycandakı seçkilərin müzakirəyə çıxarılacağı gözlənilir.
Paralel olaraq, Azərbaycanda seçkiləri müşahidə edən 1000-dən artıq xarici ekspertə qarşı qarayaxma kampaniyasına start verilib. Onların ofisləri, evləri qarşısında etiraz aksiyaları təşkil olunur, elektron poçt ünvanlarına tənqid və təhqir dolu məktublar göndərilir, haqlarında mənfi rəy formalaşdırılır. Üstəlik, Azərbaycan Prezidentini inamlı qələbəsi münasibətilə təbrik edən bəzi nüfuzlu şəxslər də bu qüvvələrin hədəfinə çevrilir. Məsələn, guya Fransada yaşayan bir qrup azərbaycanlı mühacir tərəfindən Kann şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Bernard Broşana, Şabil şəhərinin meri, Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının birinci vitse-prezidenti Patrik Gendrauda, həmin vilayətin Ali Şurasının prezidenti Andre Vilyeyə ünvanlanmış təzyiq xarakterli məktubu da bu qəbildəndir. Bütün bunlar bir daha təsdiq edir ki, müxtəlif ölkələrdə demokratiyanın səviyyəsi müəyyən qüvvələrin maraqları prizmasından qiymətləndirilir. Artıq ikili standartlar yox, birbaşa təzyiq yolu tutulub.
Hadisələrin gedişi belə deməyə əsas verir ki, ATƏT, Avropa Parlamenti ABŞ-ın birbaşa təsiri altındadır və Vaşinqtondan gələn sifarişləri icra edirlər. Bununla razılaşmayanlar isə hədəfə götürülür və ləkələnirlər.
Ancaq həqiqət odur ki, anti-Azərbaycan qüvvələr ölkəmizin hüdudlarından kənarda kimlərinsə rəyini, mövqeyini dəyişə, onlara öz iradəsini qəbul etdirə bilər, ancaq Azərbaycan xalqının iradəsi onların əllərinin çatmayacağı zirvədir. Azərbaycanda 9 ölkənin dəstəyinə arxalanan siyasi qüvvələrin hakimiyyətə gəlmək ənənəsinə artıq çoxdan son qoyulub və bu qara səhifə həmişəlik qapadılıb.
A.ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

