Siyavuş Novruzov: YAP müxalifətin mitinqləri ilə bağlı rəsmi mövqe ortaya qoyacaq
29.10.2013 [09:36]
“Müxalifətin dünənki (yəni oktyabrın 27-dəki - red.) mitinqi çox sönük keçdi. Aydın görünürdü ki, belə mitinqi təşkil etməyə heç ehtiyac yoxdur. Cəmi 700-800 adamın toplaşdığı mitinqdəkilər əsasən müxalifətin qohum-əqrəbası idi. Bu gedişlə “Milli şura”nın taleyi də “İctimai palata”nın taleyinə dönəcək”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
S.Novruzov qeyd edib ki, artıq az-çox müxalifətə ümid edən elektoratın çox hissəsi də daha onlara qoşulmur: “Cəmil Həsənli növbəti dəfə də gəlib mərsiyə oxuyub getdi. Eyni şeylər təkrar olundu, sərbəst toplaşma azadlığı qaydaları pozuldu, şərəf və ləyaqəti təhqir edəcək sözlər, şər və böhtanlar səsləndirildi. Hesab edirəm ki, bununla bağlı müvafiq orqanlar da artıq lazımı ölçüləri götürməlidir. Çünki sərbəst toplaşma azadlığı ilə bağlı qanunu dəfələrlə pozmalarına baxmayaraq, bunlara himayədarlıq edən, maddi dəstək verən xarici qüvvələr bunlara qanunları pozduqlarını xatırlatmırlar”.
Millət vəkili deyib ki, müxalifət təkrar mitinqlərlə qarşıdurma yaratmağa, beynəlxalq təşkilatların və ABŞ Dövlət Departamentinin Azərbaycanda guya sərbəst toplaşma azadlığının pozulması ilə bağlı yeni bir bəyanat hazırlamasına çalışır: “Bunların şüurlu şəkildə getdikləri məqsəd budur. Biz onlara dəfələrlə xəbərdarlıq edirik ki, bu mitinqlərdə belə hərəkətlərə son qoysunlar”.
S.Novruzov vurğulayıb ki, müxalifətin mitinqlərdə şərəf və ləyaqəti təhqir etməsi, şər və böhtan çağırışları ilə bağlı YAP rəsmi mövqeyini ortaya qoyacaq: “Bunun formasını müəyyənləşdirəcəyik və qanunun aliliyi qarşısında hamının bərabər olması məsələsini qaldıracağıq. Qanun heç kimə icazə vermir ki, özünü ərköyün uşaq kimi aparsın”.
Xəbər lenti
Hamısına baxSosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35

