/ / “Bulla-dəniz” yatağındakı qəzanın aradan qaldırılmasında iştirak edən sərhədçilər Dövlət Neft Şirkətinin mükafatlarına layiq görülüblər
“Bulla-dəniz” yatağındakı qəzanın aradan qaldırılmasında iştirak edən sərhədçilər Dövlət Neft Şirkətinin mükafatlarına layiq görülüblər
30.10.2013 [09:37]
“Bulla-dəniz” yatağındakı 90 nömrəli quyuda baş vermiş qəzanın aradan qaldırılmasında digər dövlət qurumları ilə birlikdə fəal iştirak etmiş Dövlət Sərhəd Xidmətinin 17 hərbi qulluqçusu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) fəxri fərmanları və qiymətli hədiyyələr ilə mükafatlandırılıb.
AzərTAc xəbər verir ki, oktyabrın 29-da ARDNŞ-in prezidenti Rövnəq Abdullayev mükafatları təqdim etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində (DSX) olub.
Cari ilin avqustunda Xəzər dənizinin Azərbaycan sektorundakı “Bulla-dəniz” yatağında 90 nömrəli quyuda baş vermiş açıq fontanla əlaqədar yaranmış qəzanın aradan qaldırılması zamanı ekstremal şəraitdə yüksək fədakarlıq və peşəkarlıq göstərmiş DSX-nin əməkdaşlarının fəaliyyəti haqqında film nümayiş etdirilib.
Tədbirdə çıxış edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev dəniz akvatoriyalarında baş verən texnogen qəzaların aradan qaldırılmasının bütün dünyada mürəkkəb əməliyyatlardan olduğunu söyləyib. O, Azərbaycan mütəxəssislərinin bu çətin işin öhdəsindən layiqincə gəldiyini, quyunun xilas olunduğunu, sistemə qoşulduğunu və hazırda istismar edildiyini bildirib, sərhədçilərin yüksək peşəkarlıqla həyata keçirdikləri tədbirlərin əhəmiyyətini vurğulayıb.
DSX-nin rəhbərliyinə və şəxsi heyətinə çoxminli neftçilər ordusu adından minnətdarlığını bildirən Rövnəq Abdullayev qeyd edib ki, quyudakı qəzanın təhlükəsiz və operativ aradan qaldırılmasında fəal iştirak etmiş, yanğının söndürülməsi ilə əlaqədar xüsusi tapşırığa cəlb edilmiş sərhəd xidmətinin əməkdaşları ARDNŞ-in fəxri fərmanları və pul mükafatları ilə təltif olunublar. O bildirib ki, sərhəd xidmətinin digər əməkdaşları ilə birlikdə qəza yerində onlara bilavasitə rəhbərlik etmiş DSX-nin rəisi, general-leytenant Elçin Quliyev də ARDNŞ-in fəxri fərmanına layiq görülüb.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev general-leytenant Elçin Quliyev, eləcə də general-mayor Əfqan Nağıyev, polkovnik-leytenantlar Zaur Əhmədov, Rasim Əliyev və Dövlət Sərhəd Xidmətinin digər əməkdaşlarına ARDNŞ-in fəxri fərmanlarının vəsiqələrini təqdim edib. R.Abdullayev təltif olunanları təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.
Xidmətin rəisi, general-leytenant Elçin Quliyev ölkə iqtisadiyyatının dinamik inkişafında misilsiz xidmətləri olan neftçilərin əməyini yüksək qiymətləndirib, ARDNŞ ilə Dövlət Sərhəd Xidməti arasında əməkdaşlığın gündən-günə daha da möhkəmləndiyini söyləyib. O vurğulayıb ki, “Bulla-dəniz” yatağındakı qəzanın aradan qaldırılması işində sərhədçilər vaxtilə Dövlət Neft Şirkəti tərəfindən DSX-yə təmənnasız verilmiş gəmilərin gücündən istifadə ediblər. E.Quliyev hərbi əməkdaşlıq sahəsində ARDNŞ-in xidmətlərini qeyd edib və şirkət rəhbərliyinə təşəkkür elan edib. O, Azərbaycanın bütün sərhədləri kimi, Ulu öndər Heydər Əliyevin qalibiyyətli neft strategiyasının həyata keçirilməsində müstəsna əhəmiyyət daşıyan dəniz yataqlarının mühafizəsinin sərhəd qoşunları tərəfindən bundan sonra da yüksək səviyyədə təşkil olunacağını bildirib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

