Zəngilanın Ermənistan tərəfindən işğal olunmasının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib
30.10.2013 [09:40]
Əli Həsənov: Hesab edirəm ki, biz artıq cənab Prezidentin rəhbərliyi altında öz torpaqlarımızı işğaldan azad etməyə hazır olmalıyıq
Dünən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə qonaqlar şəhid olmuş soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər və Zəngilanın tarixi haqqında filmə baxıblar.
Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək deyib ki, rayon 233 şəhid verib: “1988-ci ildən 1993-cü ilin noyabr ayınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub. Ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi”.
Daha sonra Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, xalqla prezident arasında çox gözəl birlik mövcuddur: “Cənab Prezident hər zaman qaçqın və məcburi köçkünlərə Öz diqqət və qayğısını göstərir. Onların mənzil şəraiti getdikcə yaxşılaşdırılır. Hesab edirəm ki, biz artıq cənab Prezidentin rəhbərliyi altında öz torpaqlarımızı işğaldan azad etməyə hazır olmalıyıq. Bu münaqişə bütövlükdə Azərbaycanın və Türk dünyasının problemidir”.
Bundan başqa Əli Həsənov bildirib ki, 2 il əvvəl ATƏT-in faktaraşdırıcı missiyası Zəngilan rayonuna ermənilərin köçürülməsi faktını aşkarlayıb: “Biz buna çox təəssüf edirik. ATƏT və digər beynəlxalq qurumlar bunu görür, ancaq sadəcə, kənardan müşahidə etməklə kifayətlənirlər. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərarların da heç biri icra olunmur. Bəs biz kimə arxalanmalıyıq? Azərbaycan dövləti, Azərbaycan Prezidenti və Azərbaycan xalqına arxalanmalıyıq. Bizim başqa söykənəcək yerimiz yoxdur”.
Ə.Həsənov işğal günlərində keçirilən tədbirlərin formatının dəyişdirilməsini təklif etdiyini söyləyib: “Mən xarici işlər naziri Elmar Məmmədyarova müraciət etdim. Təklif etdim ki, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrdə Zəngilan rayonunun işğalı ilə bağlı tədbirlər keçirilsin. Səfirliklərimiz dünən bu ölkələrin Xarici İşlər nazirliklərinə nota təqdim ediblər. Bu notalarda torpaqlarımızın işğalı ilə bağlı geniş məlumatlar, faktlar əksini tapıb. Bu gün səfirliklərin keçirdikləri tədbirlərə bu ölkələrin millət vəkilləri, diplomatlar və digər şəxslər dəvət olunurlar. Artıq ağlamağı dayandırmalı və torpaqlarımızı işğaldan azad etməyə hazır olmalıyıq. Prezident də bunu bəyan edib və biz də gəncliyimizi buna hazırlamalıyıq. Bu gün Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirin də məzmunu və formatı bununla bağlıdır”.
Mərasim bədii hissə ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

