Naxçıvanda Türkiyənin Cümhuriyyət bayramı münasibətilə rəsmi qəbul təşkil edilib
30.10.2013 [09:45]
Türkiyə Cümhuriyyətinin yaradılmasının 90-cı ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.
Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbirdə çıxış edən Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Əli Rza Akıncı XX əsrin əvvəllərində türk xalqının İstiqlal uğrunda apardığı mübarizədən danışıb. Qeyd olunub ki, Osmanlı dövlətinin süqutundan sonra Mustafa Kamal Atatürkün rəhbərliyi və türk xalqının iradəsi ilə aparılan azadlıq mübarizəsi öz bəhrəsini verib, müstəqil, demokratik, hüquqi və dünyəvi Türkiyə Cümhuriyyəti yaradılıb.
Əli Rza Akıncı Türkiyə-Azərbaycan əlaqələrinin qarşılıqlı inam və etibar, strateji müttəfiqlik zəminində uğurla inkişaf etdiyini bildirərək deyib ki, hazırda ikitərəfli münasibətlərimiz dünya birliyində nümunə kimi qəbul olunur. Öz kökünü xalqlarımızın qədim tarixindən, ortaq soykökdən və milli mənəvi dəyərlərdən alan bu münasibətlərin inkişafına Naxçıvan da layiqli töhfəsini verir. Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasındakı qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Baş konsul bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının milli bayramını - qardaş ölkədə respublika elan olunmasının 90 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, qardaş Türkiyə xalqına və dövlətinə inkişaf və tərəqqi arzulayaraq deyib: Hər bir ölkənin ən böyük milli sərvəti onun dövlət müstəqilliyidir. 90 il bundan əvvəl müstəqillik və cümhuriyyət yolunu tutan Türkiyə Respublikası bu gün regionda və dünyada söz sahibi olan inkişaf etmiş dövlətə çevrilib. Qardaş Türkiyənin inkişaf yolunu müəyyənləşdirən böyük Mustafa Kamal Atatürkün tarixdə ən böyük xidmətlərindən biri də Türkiyə-Azərbaycan dostluğunun əsasını qoymasıdır. XX əsrin əvvəllərində əsası qoyulan bu münasibətlər həmin əsrin sonunda Ümummilli lider Heydər Əliyev tərəfindən “Bir millətin iki dövləti” səviyyəsinə qaldırılıb.
Ali Məclisin Sədri deyib: Xalqlarımızın milli liderləri - Atatürk və Heydər Əliyev Türkiyə-Azərbaycan birliyini inkişafın və siyasi mövcudluğun mühüm şərti kimi müəyyənləşdirmişlər. Bu gün bu yola, bu siyasətə sadiq olan xalqlarımız və dövlət rəhbərlərimiz Azərbaycan-Türkiyə strateji birliyinin nəyə qadir olduğunu nümayiş etdirirlər.
“Türkiyə və Azərbaycan xalqlarının tarixi birliyi və sarsılmaz dostluğu bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulmuş münasibətlərimiz nümunə gücündədir. Bu əlaqələr bundan sonra da nümunə gücündə olacaq və daha da inkişaf edəcəkdir. Ona görə ki, bizim işıqlı gələcəyimiz xalqlarımızın müştərək milli maraqlarından keçir”, - deyən Ali Məclisin Sədri çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Ölkələrimiz arasında bütün sahələrdə uğurlu əməkdaşlıq, işbirliyi mövcuddur. Siyasi, iqtisadi, hərbi, mədəni - bütün sahələrdə münasibətlərimiz inkişaf edir və bu, bizi çox sevindirir. Bizim gücümüz bizim birliyimizdədir. Türkiyə harada, Azərbaycan orada, Azərbaycan harada, Türkiyə orada olmalıdır”.
Xəbər lenti
Hamısına baxİdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40

