Milli Məclis Prezident İlham Əliyevə təbrik məktubu göndərib
24.12.2025 [10:45]
Parlamentin iclasında 11 məsələ müzakirə olunub
Dekabrın 23-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 11 məsələ daxil edilib.
Əvvəlcə çıxış edən spiker Sahibə Qafarova dekabrın 24-nün Prezident İlham Əliyevin doğum günü olduğunu bildirib. O qeyd edib ki, Prezident İlham Əliyev fəaliyyətinin miqyasına və əhəmiyyətinə görə milli tariximizdə müstəsna yeri olan siyasi və dövlət xadimidir: “Eyni zamanda, o, dünya siyasətinin ən tanınmış və nüfuzlu şəxsiyyətlərindən biridir. Müasir Azərbaycanın dinamik iqtisadiyyata malik olan, regional və qlobal proseslərdə önəmli rol oynayan bir dövlət kimi inkişaf etməsi Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ilə bağlıdır. Məhz onun fenomenal liderlik məharəti, strateji baxışı, əzmi və cəsarəti sayəsində Azərbaycan sabitlik və quruculuq məkanına çevrilib, dövlətimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Son 22 ildə Prezidentin rəhbərliyi ilə həyata keçirilən strateji xətt Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yeni dövrün şəraitinə və qlobal transformasiyaların tələblərinə uyğunlaşdırmağa imkan verib. Cənab İlham Əliyevin dövlət maraqlarımızın qorunmasında prinsipial, qətiyyətli və ardıcıl fəaliyyəti Azərbaycanı beynəlxalq birliyin önəmli bir üzvünə çevirib”.
S.Qafarovanın fikrincə, Prezident İlham Əliyevin tarixi xidmətlərindən biri də dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. Onun rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında əldə edilən tarixi qələbələr sayəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması ölkəmizin inkişafında yeni mərhələ açıb. Spikerin sözlərinə görə, dövlət başçısının sülh diplomatiyasının təntənəsi olan Vaşinqton razılaşmaları milli maraqlarımızın təmin edilməsi yolunda növbəti böyük uğur olub. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən bu razılaşmalar bizim ölkəmiz və bütün Cənubi Qafqaz regionu qarşısında sülh, sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açıb.
“Ölkəmizin xoşbəxt gələcəyi cənab İlham Əliyevin əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası ilə bağlıdır. Əminliklə söyləmək olar ki, Prezidentin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə yeni nailiyyətlərə imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək”,-deyən parlamentin sədri doğum günü münasibəti ilə Prezident İlham Əliyevə Milli Məclis adından təbrik məktubu göndərilməsini təklif edib. Deputatlar bu təklifi alqışlarla qarşılayıblar.
İclasda əvvəlcə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi qəbul olunub. Sonra millət vəkilləri “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”u təsdiq ediblər.
Layihəyə əsasən, Azərbaycan və Türkiyə hökumətləri arasında təhsil sahəsində əməkdaşlıq üzrə mövcud hüquqi baza çərçivəsində, 2021-ci il 19 fevral tarixində Ankara şəhərində imzalanmış “Peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”a Əlavə Protokolun Əlavəsi kimi “Türkiyə-Azərbaycan peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi” hazırlanıb. Qeyd olunan Protokol Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə peşə təhsili müəssisələrinin yaradılması və fəaliyyətinin təşkili üçün hüquqi əsasları müəyyən edir. Hazırkı Nümunəvi Nizamnamə isə həmin Protokolun icrası məqsədilə qəbul edilən törəmə hüquqi sənəd olmaqla, Protokol çərçivəsində yaradılacaq peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkilinə dair vahid model hüquqi çərçivəni müəyyən edir.
Nümunəvi Nizamnamə Türkiyə-Azərbaycan peşə təhsili müəssisələrinin hüquqi statusunu, fəaliyyət istiqamətlərini, idarəetmə mexanizmlərini, tədris prosesinin təşkili prinsiplərini və qarşılıqlı əməkdaşlıq əsaslarını ümumi formada tənzimləyir. Bu sənəd hər bir konkret peşə təhsili müəssisəsi üzrə ayrıca nizamnamələrin hazırlanması, razılaşdırılması və dövlət qeydiyyatına alınması üçün əsas kimi nəzərdə tutulur.
İclasda, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi qəbul olunub. Saziş 2025-ci il oktyabrın 29-da Məsqət şəhərində imzalanıb. Sənədə əsasən Azərbaycan ilə Oman Sultanlığı arasında diplomatik, xüsusi və xidməti pasport sahibləri vizadan qarşılıqlı azad edilir.
Sonra “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik üçüncü oxunuşda qəbul olunub. layihəsinə əsasən, “Ümumi təhsil haqqında” Qanuna yeni məzmunda 27.4-cü maddə əlavə ediləcək. Həmin maddədə bildirilir ki, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyənləşdirdiyi qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər istisna olmaqla) ödənişlidir. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurum tərəfindən müəyyən olunur.
Millət vəkilləri “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini də üçüncü oxunuşda qəbul ediblər. Dəyişikliklər Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılması və məlumatların bu sistemə daxil edilməsi ilə bağlıdır. Bu məqsədlə qanuna “Enerji effektivliyi informasiya sistemi” adlı 4-1-ci maddə əlavə olunur, “Enerji auditi” adlanan 6-cı maddənin 6.3-cü bəndi genişləndirilir, eyni zamanda, 17-ci maddəyə də 17.1.5-ci bənd artırılır.
Yaradılması nəzərdə tutulan Enerji Effektivliyi İnformasiya Sistemi enerji səmərəliliyi sahəsində dövlət siyasətinin icrasına nəzarəti həyata keçirməyə, müvafiq sahədə elektron xidmətləri göstərməyə və icra göstəricilərini operativ almağa kömək edəcək. Belə ki, sistem üzərindən enerji auditorunun ixtisas attestatının alınması məqsədilə müraciətlər qəbul ediləcək, sistemdə enerji auditorları və enerji auditi təşkilatlarının reyestri əks olunacaq, enerji istehsalı, təchizatı və istehlakına nəzarət subyektləri hesabatlarını yerləşdiriləcək. İnformasiya sisteminin ictimaiyyətə açıq hissəsində əhali üçün enerji səmərəliliyinə dair maarifləndirici məlumatların, enerjiyə qənaət kalkulyatorunun, enerji istehlakına dair statistikanın və sair yerləşdirilməsi nəzərdə tutulub. Yeni sistemin yaradılması bu sahədə şəffaflığın artırılmasına, dövlət xidmətlərinin səmərəliliyinin yüksəlməsinə xidmət edəcək.
Qeyd edək ki, iclasın gündəliyində olan digər qanun layihələri də qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12

