Milli Məclisdə Azərbaycan-Braziliya əlaqələrinin perspektivləri müzakirə edilib
02.11.2013 [10:58]
Noyabrın 1-də Milli Məclisin sədri Oqtay Əsədov Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Braziliya Federativ Respublikasının parlamentinin deputatı, Braziliya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Klaudio Kajado ilə görüşüb.
AzərTAc xəbər verir ki, qonağı ikinci dəfə Azərbaycanda görməkdən məmnunluğunu bildirən O.Əsədov, rəsmi Bakının Braziliya ilə bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu deyib. Bildirib ki, hazırda iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Üç il əvvəl dövlətlərimiz arasında ticarət dövriyyəsinin 183 milyon dollar həcmində olduğunu xatırladan Milli Məclisin sədri cari ildə iki ölkənin ticarət dövriyyəsinin həcminin 16 faiz artdığını diqqətə çatdırıb. Qeyd edib ki, lakin bununla kifayətlənmək olmaz. Ölkələrimiz arasında əlaqələrin daha da irəliyə aparılması üçün böyük potensial var. Bu potensialdan səmərəli istifadə hər iki dövlətin milli maraqları üçün faydalı olar.
Bildirilib ki, iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə iş adamlarının və biznes strukturlarının qarşılıqlı səfərlərini təşkil etmək vacibdir.
Milli Məclisin sədri Braziliya-Azərbaycan parlamentlərarası işçi qrupunun yaradılmasını yüksək qiymətləndirib, bu quruma fəaliyyətində uğurlar arzulayıb.
Səmimi görüşə və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Klaudio Kajado Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil olunduğunu nəzərə çatdırıb, bu mötəbər tədbirdə müzakirə olunan məsələlərin aktual xarakter daşıdığını bildirib.
Qeyd olunub ki, Azərbaycanın iqtisadi inkişafı özünü qabarıq şəkildə büruzə verməkdədir. Bu inkişaf ölkənin siyasi müstəqilliyinin qarantı olub. Cari ilin əvvəlində Azərbaycana etdiyi səfərdən məmnun qaldığını və ötən müddət ərzində Bakının daha da gözəlləşdiyini deyən qonaq, ölkələrimiz arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə çatdırılması üçün səylə çalışacağını bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

