Mədəniyyət Diplomatiyası üzrə İnstitutun Vaşinqton konfransında Azərbaycan haqqında danışılıb
06.11.2013 [09:34]
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov noyabrın 4-də Mədəniyyət Diplomatiyası üzrə İnstitutun Vaşinqton konfransında çıxış edib.
Qərargahı Almaniyanın Berlin şəhərində yerləşən Mədəniyyət Diplomatiyası üzrə İnstitutun bu konfransı “Qitələr arasında əməkdaşlıq üzrə zirvə görüşü” adı altında noyabrın 4-də öz işinə başlayıb və 3 gün davam edəcək.
E.Süleymanovun məruzəsi “BMT Təhlükəsizlik Şurası və beynəlxalq hüquq” mövzusuna həsr olunub. O, Azərbaycanın hazırda BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən biri olduğunu xatırladıb, cəmi 22 il müstəqillik tarixinə malik ölkəmizin ilk dəfə, Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri arasında birinci olaraq dünyanın ən mötəbər beynəlxalq qurumuna seçilməsinin respublikamız üçün çox əlamətdar hadisə olduğunu bildirib. Səfir bu uğurun Azərbaycanın qısa müddətdə əldə etdiyi nailiyyətlərin göstəricisi olduğunu və Təhlükəsizlik Şurasının üzvü kimi ölkəmizin dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfə vermək üçün səylərini əsirgəmədiyini söyləyib.
Diplomat BMT Təhlükəsizlik Şurasının strukturu, fəaliyyət prinsipləri, vəzifələri və məqsədlərindən danışıb, təşkilatın qəbul etdiyi qərarların yaratdığı beynəlxalq hüquq öhdəlikləri və onların icra mexanizmləri barədə tədbir iştirakçılarına məlumat verib.
Təhlükəsizlik Şurasının qərarlarının icrası kontekstində E.Süleymanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qurumun hələ 1993-cü ildə dörd qətnamə qəbul etdiyini xatırladıb, 20 il keçməsinə baxmayaraq, Ermənistanın bu qətnamələri yerinə yetirməkdən imtina etdiyini, beynəlxalq ictimaiyyətin isə bu məsələyə lazımı münasibət bildirmədiyini vurğulayıb.
Səfir Mədəniyyət Diplomatiyası üzrə İnstitutun fəaliyyətini təqdir edib, Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoqun təşviqinə verdiyi önəmi vurğulayıb. Üçüncü Bakı Beynəlxalq Humanitar Forumundan danışan diplomat Azərbaycan Prezidenti İlham Əliyevin tədbirin açılışında söylədiyi nitqdən sitatlar gətirib, dövlətimizin başçısının dünyada əməkdaşlığı, sivilizasiyalararası dialoqu gücləndirmək sahəsində medianın roluna dair fikirlərini bölüşüb.
Konfrans iştirakçılarının suallarını cavablandıran E.Süleymanov Azərbaycanda müxtəlif etnik və dini qruplara mənsub insanların yaşadıqları qarşılıqlı anlaşma və hörmət mühitindən bəhs edib, bu baxımdan Azərbaycanın digər ölkələr üçün nümunə ola biləcəyini söyləyib. O, Azərbaycanın dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondunun da yerli və beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa verdiyi töhfələri diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxSosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07

