/ / Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi Şəkidə olub
Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi Şəkidə olub
06.11.2013 [09:47]
Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində noyabrın 5-də Şəkidə olub.
AzərTAc xəbər verir ki, Vatikan nümayəndə heyətinin bu qədim diyarla tanışlığı XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayından başlayıb.
Sarayın qarşısında kardinal Canfranko Ravazi və nümayəndə heyətinin üzvləri şəhər rəhbərliyi tərəfindən səmimiyyətlə qarşılanıb.
Vatikanlı qonaqların diqqətinə çatdırılıb ki, qədim dövlətçilik ənənələrinə, yüksək mədəniyyətə malik olan Şəki şəhəri, eyni zamanda, sənətin, sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olub. Şəki sənətkarlarının fədakar əməyi sayəsində bu qədim şəhərdə zəngin tarixi-mədəni irs yaranıb. Məlumat verilib ki, Şəki, həm də dünya əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şərq memarlığının nadir incilərindən hesab olunan Şəki xanlarının sarayı 1761-1762-ci illərdə tikilib. İkimərtəbəli, 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvandan ibarət olan sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayın divar rəsmləri əsasən həndəsi və nəbati naxışlardan ibarətdir. İkinci mərtəbədəki otaqların tavan və divarlarını bəzəyən döyüş və ov səhnələri xüsusilə böyük maraq doğurur. Yüksək sənətkarlıqla hazırlanmış şəbəkənin hər kvadratmetri bir-birinə geydirilən 5 min xırda hissədən ibarətdir.
Sarayın həyətindəki yaşı beş yüzə çatan qoşa Xan çinarları qonaqlarda böyük maraq doğurub. Diqqətə çatdırılıb ki, ötən il Şəki xanları sarayının 250 illik yubileyi böyük təntənələrlə qeyd olunub.
Qonaqlar sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr edib, sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Şəkiyə səfərləri çərçivəsində vatikanlı qonaqlar Kiş kəndində yerləşən qədim alban məbədini də ziyarət ediblər. Qonaqların diqqətinə çatdırılıb ki, məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində inşa edilib. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. Məbəd dövlət tərəfindən tarixi-memarlıq abidəsi kimi qorunur.
Məbədin içərisindəki Yaloylutəpə mədəniyyətinə aid nümunələr, orta tunc-antik dövrünə aid saxsı qablar, Qafqaz Albaniyasının tarixi xəritəsi və digər eksponatlar, habelə məbədin həyətindəki ilkin orta əsrlərə aid sərdabələr qonaqların böyük marağına səbəb olub.
Kardinal Canfranko Ravazi və nümayəndə heyətinin üzvləri məbədin həyətində Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə qonaq olub, yerli kamera ansamblının ifasını dinləyiblər.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov kardinala Şəki ilə bağlı xatirə hədiyyələri - ipək xalça, ipək məmulatları, albom və buklet hədiyyə edib.
Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi və nümayəndə heyətinin üzvləri Şəkidən xoş və zəngin təəssüratlarla ayrılıblar.
Xəbər lenti
Hamısına baxİdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40

