Əli Həsənov: Rusiyadakı azərbaycanlıların taleyindən narahatıq
06.11.2013 [09:53]
“Rusiyada bəzi qeyri-rəsmi dairələr bu proseslərdən anti-Azərbaycan məqsədilə istifadə etməyə, Rusiya-Azərbaycan münasibətlərini pozmağa çalışır”
“Rusiyada baş verən son proseslərlə bağlı orada yaşayan azərbaycanlıların taleyindən narahatıq”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə.Həsənov qeyd edib ki, Azərbaycan hakimiyyəti, o cümlədən Rusiyadakı səfirliyimiz bu proseslərin nizama salınması üçün öz təkliflərini, tövsiyələrini və problemin həllini necə gördüyünü dəfələrlə açıqlayıb. Şöbə müdiri vurğulayıb ki, hazırda Rusiya hökuməti məsələnin həlli ilə məşğuldur: “Rusiyada bu proseslərin bir qismi kortəbii şəkildə meydana çıxır. Proseslərdə müəyyən milliyyətçi qüvvələrin və üçüncü maraqlı tərəflərin iştirakı, hadisələrin arxasında onların kölgəsi də görünür. Rusiya, əlbəttə ki, bu proseslərin, xüsusən qeyri-ruslara qarşı müxtəlif formalarda təzahür edən çıxışların onun beynəlxalq nüfuzuna nə qədər zərbə vurduğunun, nə qədər mənfi çalarlar gətirdiyinin fərqindədir. Eyni zamanda, görünən də odur ki, Rusiya hakimiyyəti prosesləri idarə etməyə çalışır, bu sahədə müəyyən tədbirlər görülür. Bu tədbirlərin effekti də müşahidə olunmaqdadır. Amma müəyyən dairələr tərəfindən illərlə formalaşmış bu tipli qızışdırılmış hadisələri qısa müddətdə dayandırmaq, nəzarət altına almaq və tamamilə idarə etmək də mümkün deyil. Hər halda Rusiyada baş verənlərdən narahatıq, Rusiya hökumətinin bu proseslərlə bağlı gördüyü tədbirləri diqqətlə izləyirik. Düşünürük ki, bu addımlar tezliklə effekt verəcək”.
PA rəsmisi bu hadisələrdən Azərbaycanın Gömrük İttifaqına daxil olması üçün Rusiyanın rəsmi Bakıya təzyiq vasitəsi kimi istifadə etməsi barədə bəzi dairələrin iddialarına da cavab verib. Ə.Həsənov deyib ki, mütəxəssislər, tədqiqatçılar bu məsələləri hərə öz nöqteyi-nəzərindən yozmağa çalışır: “Düşünmürəm ki, Rusiya Azərbaycana qarşı belə qeyri-populyar, təhlükəli, beynəlxalq aləmdə ciddi formada mənfi qarşılanan təzyiq və təsir vasitələrindən istifadə etsin. Bu, belə deyil. Rusiya hökumətinin Azərbaycana təzyiq etməyə əsası da yoxdur. Yaradılan ittifaqlar da, irəli sürülən təşəbbüslər də, MDB çərçivəsində həyata keçirilən inteqrasiya prosesləri də könüllülük əsasında aparılır. Hər bir üzv dövlət ora qoşulmanın müsbət və mənfi tərəflərini dəyərləndirir, buna müvafiq də qərar verir. Hər bir üzv dövlətin bu prosesdə iştirakının ali məqsədi öz milli maraqlarını, milli mənafelərini təmsil etməkdən ibarətdir. Ona görə də düşünürəm ki, bu proseslərdə ayıq yanaşma daha çox mühüm rol oynayır. Azərbaycan və Rusiya da bu məsələyə daha ayıq başla yanaşır. Bəzi tədqiqatçıların, bu və ya digər qüvvələrin bu hadisələrin Azərbaycana qarşı təzyiq vasitəsi kimi xarakterizə etmək cəhdlərinin də müəyyən əsası var. Rusiyada bəzi dairələr - rəsmi dairələrdən söhbət getmir - bu proseslərdən anti-Azərbaycan məqsədilə istifadə etməyə, Rusiya ilə Azərbaycan, rus xalqı ilə Azərbaycan xalqı arasında illərdən bəri formalaşmış, sınaqdan çıxmış birgə maraqlar və dostluq münasibətlərini pozmağa çalışır”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14

