Ər-Riyadda Xəbər Agentliklərinin IV Dünya Konqresi işə başlayıb
20.11.2013 [09:28]
Noyabrın 18-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Xəbər Agentliklərinin IV Dünya Konqresi öz işinə başlayıb.
Dünya Konqresinin işində Səudiyyə Ərəbistanı Krallığının yüksək vəzifəli şəxsləri ilə yanaşı, Türkiyənin Anadolu, Rusiyanın İTAR-TASS, Misirin MENA, Argentinanın TELAM, Fransanın Frans-Press, Böyük Britaniyanın Press Assoşieyşn, Avstraliyanın Assoşieyted Press, Tomson Röyters, Koreya Respublikasının YONHAP agentlikləri daxil olmaqla dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, SKY Nyus Arabia, Los Anceles Tayms, Guardian, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərləri iştirak edirlər.
Səudiyyə Xəbər Agentliyinin təşkilatçılığı ilə keçirilən konqresdə Azərbaycanı AzərTAc-ın baş direktoru Aslan Aslanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
“XXI əsrdə xəbər agentliklərinin yenidən formalaşdırılması” mövzusunda keçirilən konqresi Səudiyyə Ərəbistanı Krallığının informasiya və mədəniyyət naziri Əbdüləziz bin Muhyiddin Xoca açaraq iştirakçıları Kral Abdullah bin Əbdüləziz Al Səudun adından salamlayıb.
Nazir çıxışında tədbirin mövzusuna və təsadüf etdiyi dövrə diqqəti cəlb edərək hazırda xəbər agentliklərinin qarşısında mühüm vəzifələrin durduğunu, öz varlıqlarını uğurla davam etdirmək üçün yeni çağırışlara vaxtında cavab verməyin vacib olduğunu vurğulayıb.
Xəbər Agentliklərinin III Dünya Konqresinin prezidenti kimi çıxış edən Argentinanın TELAM xəbər agentliyinin direktoru Alberto Huqo yeni medianın əhəmiyyətini vurğulayıb, telekommunikasiya vasitələrinin qarşılaşdığı dəyişikliklər və inkişafla uyğunlaşmağın, bunların media sahəsinə uğurla tətbiqinə çalışmağın zəruriliyinə diqqəti çəkib.
Sonra Səudiyyə Xəbər Agentliyinin baş direktoru Abdullah bin Fəhd əl-Hüseyn üç gün davam edəcək tədbirin gündəliyini təqdim edib. Baş direktor qeyd edib ki, konqres çərçivəsində “İnformasiya bazarında yeni məhsullar və xidmətlər”, “Sosial media və digər yeni rəqəmsal media”, “Ərəbdilli xəbər yayımçılarının xəbər agentlikləri barədə fikirləri”, “Yeni fürsətlərdən necə yararlanmalı” və “Xəbər agentlikləri qəzetlərin gələcək ehtiyaclarını necə təmin edəcək” mövzularında beş panel iclası keçiriləcək. O, konqresin iştirakçılarını konstruktiv dialoqa dəvət edib.
Konqres işini davam etdirir.
Xəbər lenti
Hamısına baxElm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42

