/ / Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Cenevrədə siqhlərlə bağlı beynəlxalq konfrans keçiriləcək
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Cenevrədə siqhlərlə bağlı beynəlxalq konfrans keçiriləcək
11.03.2026 [14:45]
BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Siqhlərin müqaviməti və BMT” adlı beynəlxalq konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbirdə siqh diasporunun Kanada, Böyük Britaniya, Avstraliya və ABŞ-dəki nüfuzlu nümayəndələri, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edəcəklər.
Konfransda Hindistan hökumətinin digər etnik icmalara qarşı həyata keçirdiyi təhdidlər və repressiv siyasət nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan, hazırda xarici ölkələrdə yaşayan etnik icmaların nümayəndələrinin - siqh fəallarının, diaspor təşkilatlarının rəhbər şəxslərinin, eləcə də onların ailə üzvlərinin Hindistan hakimiyyət orqanları tərəfindən son dövrlərdə artan hücumlara və terror təhdidlərinə məruz qalmaları faktları ətrafında müzakirələr aparılacaq. Təşkil edilmiş hücumların fundamental azadlıqlar və insan hüquqları baxımından yaratdığı ciddi risklər, diaspor təşkilatlarına qarşı yönəlmiş transsərhəd təzyiqlər və təhdidlər ətrafında fikir mübadiləsi aparılacaq.
Bu xüsusda beynəlxalq təşkilatların diqqətinin sözügedən məsələlərə yönəldilməsinin zəruriliyi, Hindistan hökumətinin ölkə daxilində və xaricində etnik azlıqlara qarşı repressiv siyasətinin BMT və onun müvafiq qurumlarının gündəliyinə çıxarılması imkanları, xüsusilə İnsan Hüquqları Şurası çərçivəsində mövcud prosedur və mexanizmlərin daha effektiv şəkildə tətbiqi, eləcə də BMT-nin transsərhəd, etnik azlıqlar və onların hüquqları üzrə ixtisaslaşmış məruzəçiləri (reparteurs) tərəfindən Hindistan hökumətinin siqh icmasına qarşı həyata keçirdiyi qanunsuz təqib və təzyiq hallarının sistemli şəkildə sənədləşdirilməsi, eləcə də bu kimi halların qarşısının alınması məqsədilə qlobal səviyyədə hesabatlılıq və monitorinq mexanizmlərinin daha da gücləndirilməsinin vacibliyi, Hindistan hökumətinin beynəlxalq müstəvidə məsuliyyəti konfransın əsas müzakirə mövzusu olacaq.
Beynəlxalq konfransın ardınca Cenevrə Mətbuat Klubunda Bakı Təşəbbüs Qrupu və Siqh Federasiyası tərəfindən hazırlanmış birgə hesabatın təqdimatı keçiriləcək və media nümayəndələrinin sualları cavablandırılacaq.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02

