/ / Bakıda “XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir
Bakıda “XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir
07.12.2013 [08:31]
Dekabrın 6-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə “XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri” mövzusunda Beynəlxalq elmi konfrans işə başlayıb.
AzərTAc xəbər verir ki, Azərbaycanı iki yerə parçalamış Gülüstan müqaviləsinin bağlanmasının 200 illiyinə həsr olunmuş konfransın işində 8 ölkədən - Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, ABŞ, İran və Albaniyadan 80-ə yaxın alim iştirak edir.
Konfransı giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov tarixə bir daha nəzər salmağın vacibliyini bildirib və qeyd edib ki, bugünkü tədbir bir çox tarixi həqiqətlərin üzə çıxarılması məqsədi ilə keçirilir.
Qafqaz müharibələrinin səbəbləri və onların acı nəticələrindən danışan institutun direktoru deyib ki, hadisələrə dövlətlərin siyasəti baxımından deyil, tarix elminin mənafeyi baxımından yanaşılmalıdır. Yalnız belə olduğu halda tarixi araşdırmalar həqiqətə söykənə bilər. O, deyib ki, çar Rusiyasının işğalçılıq siyasəti və Osmanlı imperiyasının Cənubi Qafqaza münasibəti araşdırılarkən bundan nə demokratik Rusiyanın, nə də Mustafa Kamal Atatürkün qurduğu Türkiyənin tarixçi alimləri narahat olmamalıdırlar. Tarix düzgün araşdırmalıdır, olduğu kimi yazılmalıdır. Qafqaz müharibələri və onların nəticələri barədə sənədlər əsasında yazılanlar qardaş Türkiyənin və bizimlə dostluq əlaqələri gündən-günə möhkəmlənən Rusiyanın alimləri tərəfindən incikliklə qarşılanmamalıdır.
Daha sonra Türkiyənin Atatürk Araşdırma Mərkəzi sədrinin müavini Nihat Böyükbaş və Başbakanlıq Arxivləri baş müdirinin köməkçisi Mustafa Budak çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Plenar iclasda AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin sədri Tofiq Mustafazadənin “1813-cü il Gülüstan müqaviləsinə aparan yollar: müqavilənin hüquqi və tarixi nəticələri”, İstanbul Universitetinin professoru Xəlil Balın “Osmanlı dövləti ilə Rusiya arasında bağlanan Ədirnə anlaşması və Qafqaza dair məsələlər”, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliyanın “XIX əsrin ilk yarısında Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə” və Tarix İnstitutunun şöbə müdiri Kərim Şükürovun “Qafqaz müharibələri və Rusiya imperiyasının regionda ərazi və əhalinin artım dinamikası” mövzularında məruzələri dinlənilib.
Konfrans bu gün işini davam etdirəcək.
Yerli və xarici alimlərin məruzələri dörd bölmə iclasında dinləniləcək və müzakirələr aparılacaq.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

