/ / Hardo Aasməe: Azərbaycanın bu gün Aİ ilə yaxınlaşma sazişlərinə ehtiyacı yoxdur, çünki Azərbaycan bunsuz da güclü dövlətlərdən birinə çevrilir
Hardo Aasməe: Azərbaycanın bu gün Aİ ilə yaxınlaşma sazişlərinə ehtiyacı yoxdur, çünki Azərbaycan bunsuz da güclü dövlətlərdən birinə çevrilir
19.12.2013 [09:20]
“Delfi” xəbər portalında Estoniya Milli Ensiklopediyasının baş redaktoru Hardo Aasməenin “Azərbaycan Avropa İttifaqına yaxınlaşır” sərlövhəli məqaləsi yerləşdirilib. Məqalədə bu yaxınlarda Vilnüsdə Aİ ilə Ukrayna arasında sazişin imzalanmaması, Moldova və Gürcüstan müqavilələri haqqında Avropada gedən müzakirələr fonunda Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammitində iştirak edən daha bir dövlətin - Azərbaycanın diqqətdən kənarda qalmasından söhbət açılır.
H.Aasməe qeyd edir ki, məhz Azərbaycan Vilnüsdə Aİ ilə viza rejiminin sadələşdirilməsi sazişini imzalayıb. Bu, ilk baxışdan o qədər də vacib olmayan saziş kimi görünsə də, məhz bu gün Azərbaycan ən güclü inkişaf etmiş dövlətlərlə iqtisadi əlaqələr yaradıb. Azərbaycan özü MDB-nin üzvü olsa da, onun əsas iqtisadi və ticarət əlaqələri Qərb dövlətləri ilədir.
Müəllif yazır ki, adətən Aİ ilə əməkdaşlıq etmək istəyən dövlətlər üçün əsas məqsəd bu qurumun üzvü olan ölkələrlə ticarət əlaqələrinin yaradılmasıdır. Məhz Azərbaycanın bu gün buna ehtiyacı yoxdur. Bu dövlət Cənubi Qafqazda “yerli iqtisadiyyat liqasında” birinciliyi çoxdan əldə edib. Cənubi Qafqaz iqtisadiyyatında Azərbaycanın 75 faiz, Gürcüstanın 15 faiz, Ermənistanın isə 10 faiz payı var.
Azərbaycanın Aİ ilə azad ticarət müqaviləsinə və ya Qərb kapitalının ölkəyə cəlb olunması sazişlərinə ehtiyacı yoxdur. Çünki artıq investorlar çoxdandır ki, Azərbaycanda fəaliyyət göstərirlər.
Bugünkü Azərbaycan özü xarici ölkələrə investisiya yatıran dövlətə çevrilib və bunun ilk bəhrələrini Gürcüstan iqtisadiyyatı görür. Hətta Azərbaycanda zarafatla deyirlər ki, Ermənistanda özgələrinin pulu, Gürcüstanda bizim pulumuz, Azərbaycanın isə öz pulu var.
Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın vəsaiti ilə tikilir, çünki Ermənistan lobbisinin təsiri ilə bu layihə xarici investisiya ala bilməyib.
Azərbaycanın öz vəsaiti hesabına maliyyələşdirdiyi layihələrin sayı çoxdur və belə nəticəyə gəlmək olar ki, Azərbaycanın bu gün Aİ ilə yaxınlaşma sazişlərinə ehtiyacı yoxdur. Çünki Azərbaycan bunsuz da güclü dövlətlərdən birinə çevrilir.
Aİ-nin üzvü olmaq istəyini Azərbaycan heç vaxt bildirməyib. Amma unutmaq lazım deyil ki, Azərbaycan hazırda müharibə vəziyyətində olan dövlətdir. Azərbaycan torpaqlarının 20 faizini Ermənistan işğal edib.
Aİ-yə üzv olan dövlətlər Azərbaycan ilə məhdudlaşmayan mədəni, iqtisadi əlaqələr yaratmalıdırlar. Estoniya da Azərbaycan ilə münasibətdə məhz bu istiqaməti əsas götürməlidir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05

