Polşanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub
25.12.2013 [09:43]
Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixal Labenda Bakı Ali Neft Məktəbində olub. Qonağı Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən rektor Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolundan danışıb, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açıb. E.Qasımov bir neçə gün öncə dekabrın 17-də Bakıda imzalanan “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin Azərbaycan və Avropa üçün əhəmiyyəti haqqında ətraflı məlumat verərək bildirib ki, bu layihə dünyanın ən iri enerji layihələrindən biridir.
Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın düzgün neft strategiyası haqqında danışan E.Qasımov qeyd edib ki, hazırda bu yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. “Şahdəniz-2” layihəsini yeni əsrin müqaviləsi adlandıran rektor bildirib ki, bu layihələrdə işləyə biləcək yüksəkixtisaslı kadrların yetişdirilməsi də dövlətimizin qarşısında duran vacib məsələlərdən biridir. Bu səbəbdən ölkədə aparılan təhsil islahatlarından danışan E.Qasımov vurğulayıb ki, BANM-nin yaranmasında əsas məqsədlərdən biri də müasir standartlara cavab verən, yüksəkixtisaslı kadrların yetişdirilməsidir. Azərbaycan və Polşa Respublikaları arasında tarixən isti münasibətlərin olduğunu qeyd edən rektor bildirib ki, bu gün də bu münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir. Azərbaycanda ilk dəfə sənaye üsulu ilə neftin çıxarılmasında və dənizin qurudulması üsulunun tətbiq olunmasında polşalı mühəndislərin əməyini yüksək qiymətləndirən E.Qasımov mühəndislik ixtisasının Polşada önəm verilən sahələrdən biri olduğunu söyləyib.
Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib, qısa müddət ərzində bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib və Şərqi Avropanın ən qədim universitetlərindən olan Polşanın AGH (Elm və Texnologiyalar Akademiyası) əməkdaşlıq əlaqələrinin qurulmasının xüsusi maraq kəsb etdiyini vurğulayıb.
Səfir Mixal Labenda bildirib ki, Azərbaycan və Polşa dost dövlətlər olmaqla yanaşı, eyni zamanda, bir çox sahələrdə yaxın müttəfiq dövlətlərdir. O, günü-gündən inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali məktəbin yaradılmasının sevindirici hal olduğunu qeyd edərək, Bakı Ali Neft Məktəbi ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və Polşa Respublikasının müxtəlif texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün gərəkən dəstəyi verməyə hazır olduğunu bildirib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53

