Bahar Muradova: Azərbaycan dilinin korlanmasına yönəlmiş süni təzyiqlər var
30.12.2013 [09:21]
“Bu gün hər bir Azərbaycan vətəndaşı Azərbaycan dilinin qorunması ilə bağlı qanunlarımızda əksini tapan müddəaların həyatımızın da normasına çevrilməsi üçün çox ciddi mübarizə aparmalıdır. Bu qanunların yerinə yetirilməsinə cavabdeh olan müvafiq qurumlar isə bu məsələyə çox ciddi diqqət yetirməlidirlər. Çünki bu, çox ciddi məsələdir və həm elmi, həm ictimai, həm də siyasi baxımdan çox böyük əhəmiyyət kəsb edir”. Bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.
Vitse-spikerin sözlərinə görə, Azərbaycan dilinin tətbiqi, qorunması və inkişafı ilə bağlı ölkə qanunvericiliyində kifayət qədər baza var. Ona görə də, bu gün dilimizi qorumaq üçün çıxış yolu yalnız qanunvericiliyə dəyişiklik və ya əlavələr etməkdə deyil. Bunun üçün digər vasitələr də var: “Bu dil bizim ulu babalarımızın dilidir və əsrlərin süzgəcindən keçərək bu günümüzədək gəlib çatıb. Bu dilə hər dövrün müəyyən təsiri olub və bundan sonra da olacaq, çünki dil statik olaraq qala bilməz. Dil daim dəyişikliyə meyillidir. Bugünkü ictimai-siyasi həyatda rast gəldiyimiz hadisələr hər yerdə olduğu kimi, dilimizdə də izini qoyur. Elmi yeniliklər, yeni texnologiyalar, yeni terminlər və məfhumlar meydana gəlir. Bunların dildə öz əksini tapması üçün həm təbii yollar, həm də digər təsir tədbirləri mövcuddur”.
B.Muradovanın fikrincə, burada süni amillər daha çox rol oynayır: “Bu, əsasən ayrı-ayrı şəxslərin, xüsusilə jurnalistika sahəsində ayrı-ayrı fərdlərin dili, yazıları, sözləri, idadələri, fikirləri, yaxud da ayrı-ayrı ölkələrdə yaşayaraq müxtəlif dillərin təsirləri altında danışanların, fikrini yazılı şəkildə ifadə edənlərin dilə gətirdikləri “yeniliklər” olur. Elmi-texniki tərəqqi, İKT-nin inkişafı dilimizə insanların çoxunun anlamadığı bir çox terminlər gətirir. Bu, özünü daha çox sosial şəbəkələrdə, xüsusilə müasir gəncliyin dilində göstərir. Əlbəttə ki, bunların çoxu jarqonlardır və onların dilə gətirilməsi mütləq deyil. Bunun üçün həm dilçi mütəxəssislər, alimlər, o cümlədən Azərbaycan dilində danışan hər kəs bütün bunların fərqində olmalı və bu dilin təmizliyi, saflığı uğrunda mübarizədə iştirak etməlidir. Bu, bizim hamımızın dilidir, bu, bizim dövlətimizin, millətimizin dilidir, rəsmi dilimizdir. Yad ünsürlərin Azərbaycan dilinə asanlıqla yol tapmasının qarşısını almaq lazımdır. Bu məsələdə fikir adamları, qələm əhli, alimlərimiz xüsusi rol oynayır”.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

