/ / Vaşinqtonda nüvə təhlükəsinin qarşısının alınması mövzusuna həsr olunmuş mətbuat konfransında Azərbaycan ərazilərinin işğal edilməsi məsələsinə toxunulub
Vaşinqtonda nüvə təhlükəsinin qarşısının alınması mövzusuna həsr olunmuş mətbuat konfransında Azərbaycan ərazilərinin işğal edilməsi məsələsinə toxunulub
10.01.2014 [09:34]
Yanvarın 8-də Vaşinqtondakı Milli Mətbuat Mərkəzində “Nüvə təhlükəsinin qarşısının alınması təşəbbüsü” (National Threat Initiative) tərəfindən “2014-cü il üçün nüvə materiallarının təhlükəsizliyi kataloqu”nun nəşr edilməsinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Vaşinqtonda yaradılmış “Nüvə təhlükəsinin qarşısının alınması təşəbbüsü” adlı qeyri-hökumət təşkilatının fəaliyyəti qlobal nüvə, bioloji və kimyəvi silah təhlükəsinin azaldılmasına və qarşısının alınmasına yönəlib. Beynəlxalq direktorlar şurası tərəfindən idarə edilən bu təşkilatın həmsədrləri keçmiş senator Sem Nann və CNN teleşirkətinin təsisçisi Ted Ternerdir.
“2014-cü il üçün nüvə materiallarının təhlükəsizliyi kataloqu”nda “Nüvə təhlükəsinin qarşısının alınması təşəbbüsü” tərəfindən təklif olunan 56 meyar üzrə dünyanın 176 ölkəsinin renkinqi əksini tapıb. Buraya daxil olan 25 əsas ölkənin hər birində öldürücü silah yaradılması üçün istifadə edilə biləcək nüvə materiallarının ehtiyatı bir kiloqramdan çox, qalan 151 ölkənin hər birinin nüvə materialları ehtiyatının həcmi bir kiloqrama qədərdir və ya ümumiyyətlə hər hansı nüvə materialları yoxdur, lakin həmin ölkələr qadağan edilmiş materiallar üçün sığınacaq yeri, əməliyyat meydanı və ya tranzit ərazi ola bilər.
Mətbuat konfransında Corciya ştatından olan keçmiş senator və “Nüvə təhlükəsinin qarşısının alınması təşəbbüsü”nün həmsədri Sem Nann nüvə materiallarının təhlükəsizliyi təşkilatının vitse-prezidenti Peyc Stautland, “Economist Intelligence Unit” tədqiqat mərkəzi yanında qlobal proqnozlar şöbəsinin direktoru Leo Abruzzese və “Nüvə təhlükəsinin qarşısının alınması təşəbbüsü”nün prezidenti Coen Rolfinq çıxış ediblər. Onlar nüvə silahı yaradılmasında istifadə edilə biləcək nüvə materialları ehtiyatlarına nəzarətin və bu ehtiyatların məhv edilməsinin vacibliyi barədə məlumat veriblər. Məruzəçilər vurğulayıblar ki, layihə üzərində iş başlanandan bəri müəyyən uğurlar qazanılıb. ABŞ milli nüvə təhlükəsizliyi administrasiyasının məlumatına görə, “2012-ci il üçün nüvə materiallarının təhlükəsizliyi kataloqu” adlı ilk kataloq nəşr ediləndən sonra yeddi ölkə - Avstriya, Çexiya, Macarıstan, Meksika, İsveç, Ukrayna və Vyetnam öz ərazilərindəki nüvə materialları ehtiyatlarının hamısını və ya çox hissəsini məhv ediblər. Digər ölkələr də əməkdaşlığa hazır olduqlarını nümayiş etdiriblər. Onların bu istiqamətdə fəaliyyəti və köməyi kataloqda rəqəmsal göstəricilərlə qiymətləndirilir. Əməkdaşlığa görə müsbət qiymətləndirilən Azərbaycan nüvə təhlükəsizliyi məsələlərinə həsr olunmuş sonuncu zirvə toplantısının (Seul, 2012-ci il) iştirakçılarından biridir.
AzərTAc-ın Amerika Birləşmiş Ştatlarındakı xüsusi müxbiri Yusif Babanlı erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində silahların qanunsuz dövriyyəsi problemini nəzərə alaraq mətbuat konfransındakı məruzəçilərə postsovet məkanında nəzarət edilməyən ərazilərdə nüvə materiallarının və silahların saxlanmasına dair informasiya qıtlığı barədə sual verib: “2014-cü il üçün nüvə materiallarının təhlükəsizliyi kataloqu”nda yalnız BMT üzvü olan 176 ölkəyə aid məlumatlar və renkinq göstərilmişdir, hərçənd məlumdur ki, postsovet məkanında mövcud münaqişələr nəzarət edilməyən ərazilər yaranması ilə nəticələnmişdir. Məsələn, Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilmişdir, təqdim edilən kataloqda isə göstərilir ki, Ermənistan nüvə materialları təhlükəsinin aradan qaldırılması sahəsində əməkdaşlığına müsbət qiymət verilən ölkədir. Ermənistanın Dağlıq Qarabağın nəzarətsiz qalmış ərazisində nüvə silahları ehtiyatları gizlətmədiyinə və bu cür ehtiyatları toplamadığına təminat varmı və siz bu problemi necə həll etməyə çalışırsınız?”.
“Economist Intelligence Unit” tədqiqat mərkəzi yanında qlobal proqnozlar şöbəsinin direktoru Leo Abruzzese bu sualı cavablandıraraq qeyd edib ki, həqiqətən belə bir problem mövcuddur, çünki təşkilat “Nüvə təhlükəsinin qarşısının alınması təşəbbüsü” proqramının 56 meyarı üzrə məlumat toplayır və ölkələri həmin informasiyaya əsasən qiymətləndirir. Nəzarət edilməyən ərazilər üzrə informasiya toplamaq mümkün deyildir, həmin ərazilərdə müvafiq idarəetmə orqanları olmadığından, materialların toplanması potensial risklərlə bağlıdır, ona görə də bu məsələ öz aktuallığını saxlayır və ola bilsin ki, 2014-cü ilin mart ayında Niderlandda nüvə təhlükəsizliyi mövzusunda növbəti beynəlxalq zirvə toplantısında müzakirə ediləcək.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

