Milli Məclisdə Azərbaycan-Meksika əlaqələri müzakirə olunub
14.01.2014 [09:11]
Yanvarın 13-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Meksika Senatının xarici məsələlər komissiyasının sədri Qabriela Kuevas Barronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, Azərbaycan-Meksika əlaqələrindən danışan Z.Əsgərov son illər ölkələrimiz arasındakı əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini deyib. Qeyd olunub ki, Azərbaycan Meksika ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verir. Milli Məclis sədrinin birinci müavini Azərbaycanın haqq işini hər zaman dəstəklədiyi üçün Meksika hökumətinə minnətdarlığını bildirib.
Z.Əsgərov ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. O, Azərbaycan ilə Meksika arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün lazım olan hüquqi bazanın yaradılmasında qanunverici orqan olaraq Milli Məclisin üzərinə düşən bütün işləri görməyə hazır olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, indiyədək iki ölkə arasında cəmi beş sənəd imzalanıb, 26 sənədin üzərində isə iş gedir.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Meksika Senatının xarici məsələlər komissiyası arasında imzalanmış “Əməkdaşlıq və parlamentlərarası dialoq haqqında” Anlaşma Memorandumunu yüksək qiymətləndirən Z.Əsgərov bildirib ki, bu sənəd parlamentlərarası əlaqələrin inkişafının yeni mərhələsi üçün hüquqi baza rolunu oynayacaq.
Milli Məclis sədrinin birinci müavini Azərbaycanda son illər əldə edilmiş uğurlardan da danışıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Ziyafət Əsgərov bildirib ki, Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlara əməl etmir.
Qabriela Kuevas Barron qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin genişləndirilməsində önəmli olduğunu deyib.
Son illər Azərbaycanda müşahidə olunan sürətli inkişafdan danışan qonaq bir çox sahələrdə ölkəmizin təcrübəsinin öyrənilməsinin önəmini qeyd edib. O, əmin olduğunu bildirib ki, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi ölkələrimizin gələcək inkişafına təkan verəcək. Qabriela Kuevas Barron Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə beynəlxalq hüququn prinsipləri əsasında və sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

