Badamdar qəsəbə nümayəndəliyində ötən ilin yekunları müzakirə edilib
16.01.2014 [14:47]
Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə nümayəndəliyində 2013-cü ilin yekunları müzakirə edilib.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, tədbirdə il ərzində qəsəbədə görülmüş işlərdən söz açılıb, qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə olunub və 2014-cü il üçün konkret tədbirlər müəyyənləşdirilib.
Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Bağırov bildirib ki, ötən il Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə qəsəbədəki 136 nömrəli uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilib. Bağçanın açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva iştirak ediblər.
Həmçinin, bağçanın yaxınlığındakı T.Məmmədov küçəsindəki 7 nömrəli bina və həyəti əsaslı təmir olunub, yeni qazanxana istifadəyə verilib.
Bildirilib ki, 2013-cü il noyabrın 22-də Prezident İlham Əliyev Səbail rayon İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Azərbaycan Prezidenti, eyni zamanda, Badamdar qəsəbəsində yeni İdman Kompleksinin tikintisi ilə bağlı layihələrlə tanış olub, ölkəmizin başçısının xeyir-duasından sonra qəsəbədə kompleksin inşasına başlanılıb.
Vurğulanıb ki, Dövlət Proqramına uyğun olaraq qəsəbədə yeni xəstəxana binasının, 3-cü yaşayış massivində yeni su anbarlarının tikintisi davam edir. A.Abbaszadə küçəsində Bakı-Oksford məktəbi üçün yeni tədris korpusunun inşası başa çatmaq üzrədir.
Hesabat dövründə Neftçilər küçəsi 1, 2, 3, T.Məmmədov küçəsi 9, N.Paşayev küçəsi 8 ünvanlarındakı 7 binada əsaslı təmir işləri aparılıb. Binalar üzlük daşla üzlənib. “Abad həyət” layihəsinə əsasən, Neftçilər küçəsi 2 ünvanındakı həyətdə əsaslı təmir işləri aparılıb.
Ötən il Badamdar qəsəbəsində təsərrüfat xidməti işçiləri üçün ikimərtəbəli, 10 mənzilli xidməti yaşayış binası istifadəyə verilib, sakinlərin müraciəti əsasında qəsəbə qəbiristanlığında dini ayinlərin icrası üçün tikili inşa olunub.
Qeyd olunub ki, Badamdar şosesində yolun genişləndirilməsi və təmiri ilə bağlı işlər davam etdirilib.
Hesabat dövründə bir sıra küçələrdə və Badamdar şosesində kanalizasiya quyuları təmizlənib, 26 ünvanda kanalizasiya quyuları təmir olunub, 20 çoxmənzilli yaşayış binasına yeni istilik xətləri çəkilib.
Bildirilib ki, qəsəbədəki 239 nömrəli orta məktəbin yaxınlığında hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilir. Nümayəndəlik tərəfindən burada müvafiq şərait yaradılıb və ərazinin sanitar təmizliyi nəzarətdə saxlanılır.
Hesabat dövründə rayon elektrik təchizatı və satışı idarəsi, qaz istismar sahəsi və su-kanal departamenti tərəfindən nəzərdə tutulan tədbirlər tam həcmdə həyata keçirilib.
Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Badamdar qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb.
A.Əsgərov ötən il rayonda görülmüş işlər və həyata keçirilmiş sosialyönümlü layihələr barədə geniş məlumat verib.
Sonda sakinləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

