/ / Qanun layihələri ilə bağlı məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə açıqlanacaq
Qanun layihələri ilə bağlı məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə açıqlanacaq
19.06.2026 [14:30]
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini parlament birinci oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin iyunun 19-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
"Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"nə və "İctimai iştirakçılıq haqqında" Qanuna təklif edilən dəyişikliklər ictimai dinləmə və müzakirənin təşkili prosesinin Elektron Hökumət İnformasiya Sistemi üzərindən də həyata keçirilməsinin qanunvericilik əsaslarının yaradılmasını özündə ehtiva edir.
Təklif edilən dəyişikliklərlə müvafiq subyektlər tərəfindən həyata keçirilən bir sıra hərəkətlərin (ictimai dinləmənin və ictimai müzakirənin təşkili və keçirilmə tarixi barədə məlumatlandırılma, ictimai şuraya namizədlərin irəli sürülməsi, onların qeydiyyatının başlanması və başa çatması vaxtı, ictimai dinləmənin və ictimai müzakirənin keçirilməsi barədə elan), habelə Milli Məclis Aparatında qeydiyyata alınmış qanun layihələri ilə bağlı əlaqəli məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə açıqlanmasının təmin edilməsi nəzərdə tutulur.
"Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Qanuna təklif edilən dəyişikliklər də eyni qəbildən olan dəyişikliklərdir və qanunvericilik təşəbbüsü hüququndan istifadənin elektron qaydada təşkili zamanı yaranan prosedurların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə də həyata keçirilməsinin (sənədlərin və məlumatların Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi, təşəbbüs qrupu sədrinin EHİS-dəki elektron kabinetindən istifadə, elektron poçt və ya SMS vasitəsilə məlumatlandırılma və s) hüquqi əsaslarını müəyyən edir.
Təklif edilən dəyişikliklər qanunvericilikdə mövcud olan hazırki prosedurların həyata keçirilməsində vaxt itkisinin qarşısının azaldılmasına, şəffaflığa və vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

