Qərbi Azərbaycanlıların qayıdış hüququ...
26.06.2026 [09:55]
Vaşinqtonda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib
İyunun 24-də ABŞ-ın paytaxtı Vaşinqtonun Konqres binasında (Kapitol Hill) Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilib. Konqresdə keçirilən bu tədbir azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına dair həqiqətlərin beynəlxalq ictimaiyyət tərəfindən tanıdılması işinə mühüm töhfə kimi qiymətləndirilə bilər.
Konfransda qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış ekspertlər, insan hüquqları müdafiəçiləri, beynəlxalq hüquq üzrə mütəxəssislər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və Qərbi Azərbaycan kökənli həmvətənlərimiz iştirak ediblər. Tədbir iştirakçıları etnik təmizləmə siyasəti nəticəsində Ermənistandakı tarixi torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının qorunmasını vacib hesab ediblər. Onlar soydaşlarımızın öz doğma yurdlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdış hüququnun beynəlxalq təşkilatların diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini vurğulayıblar.
Ermənistanda qalan Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irsin, o cümlədən toponimlərin, məscidlərin, qəbiristanlıqların, ziyarətgahların və digər abidələrin sistemli şəkildə dağıdılması, təhqir olunması və mənimsənilməsi faktlarına beynəlxalq hüquq müstəvisində hüquqi qiymət verilməsi və bu xüsusda qeyd olunan pozuntuların beynəlxalq təşkilatlar tərəfindən yerində araşdırılması və sənədləşdirilməsi tələb olunub.
Tədbiri ABŞ-da fəaliyyət göstərən erməni mediasının nümayəndələri, o cümlədən Amerika Erməni Milli Komitəsinin (ANCA) təmsilçiləri də zaldan izləyiblər. Lakin tədbirin gedişi zamanı hər hansı insident qeydə alınmayıb.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov çıxışında bildirib ki, XX əsr boyu - 1905-ci ildən başlayaraq, 1991-ci ilə qədər qərbi azərbaycanlılar öz dədə-baba yurdlarından didərgin salınıblar. Onun sözlərinə görə, mövzunun müəyyən qüvvələr tərəfindən beynəlxalq ictimaiyyətə hələ də kifayət qədər düzgün çatdırılmasına imkan verilmir: “Bakı Təşəbbüs Qrupu olaraq digər vətəndaş cəmiyyəti institutlarına, beynəlxalq təşkilatlara, beynəlxalq institutlara çağırış edərək bildiririk ki, 1991-ci ilə qədər davam edən etnik təmizləmə siyasəti ilə bağlı aidiyyəti qüvvələr və təşkilatlar beynəlxalq təşkilatlar qarşısında cavab versinlər”.
Eyni zamanda, tədbirdə ABŞ Müsəlman Təşkilatları Şurasının Baş katibi Oussama Cammal və “Our Sister Our Brother” təşkilatının təsisçisi və baş icraçı direktoru Metyu Stevart çıxış edərək, etnik zəmində ayrı-seçkiliyin, məcburi didərginliyin və hüquq pozuntularının yolverilməzliyini qeyd edib, didərgin salınmış icmaların hüquqlarının müdafiəsi, onların səsinin beynəlxalq platformalarda eşidilməsi və beynəlxalq həmrəyliyin gücləndirilməsinə diqqət çəkiblər.
Konfransda çıxış edən ABŞ-da yaşayan Qərbi Azərbaycanəsilli həmvətənlərimiz öz şəxsi hekayələrini və qaçqınlıq təcrübələrini bölüşərək, Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların yaşadığı humanitar faciəni təqdim ediblər. Zikh icmasının nümayəndələri isə təhlükəsiz, könüllü və ləyaqətli qayıdış hüququnun yalnız humanitar məsələ deyil, həm də fundamental insan hüququ və tarixi ədalətin bərpası məsələsi olduğunu vurğulayıblar.
Tədbirin sonunda konfrans iştirakçıları tərəfindən ABŞ Konqresinin üzvlərinə ünvanlanmış müraciət qəbul olunub. Müraciətdə beynəlxalq hüququn norma və prinsiplərinin qərəzsiz, ardıcıl və ayrı-seçkiliyə yol verilmədən tətbiq edilməsinin vacibliyi vurğulanıb. Sənəd müəllifləri xüsusilə Qərbi azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıtmaq hüququnun təmin edilməsinə çağırıblar. Konfrans iştirakçıları beynəlxalq ictimaiyyətin Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışına dəstək verməsi, onların mülkiyyət hüquqlarının bərpası və mədəni irsinin qorunmasına yardım göstərməsi ilə bağlı gözləntilərini ifadə ediblər. Müraciətdə qeyd olunub ki, qayıdış hüququ beynəlxalq hüququn fundamental prinsiplərindən biridir və bu hüququn təmin olunması selektiv yanaşmalardan kənar həyata keçirilməlidir.
Sənəddə ABŞ Konqresi üzvləri Qərbi azərbaycanlıların üzləşdiyi problemlərə və onların qayıdış hüququ ilə bağlı səsləndirilən faktlara ciddi diqqət yetirməyə çağırılıb. Konqres üzvlərindən bu məsələ ilə bağlı dinləmələr, brifinqlər və məsləhətləşmələr təşkil etmələri, aidiyyəti icmalarla birbaşa dialoqu təşviq etmələri və insan hüquqları prinsiplərinin ardıcıl tətbiqinə dəstək vermələri xahiş olunub.
Müraciətdə, həmçinin siqh icmasının hüquqları, eləcə də Aruba, Kurasao, Sent-Martin, Sint Eustatius və Saba xalqlarının öz müqəddəratını təyinetmə hüququ ilə bağlı məsələlərə toxunulub. Konfrans iştirakçıları bu icmaların dini, mədəni və dil kimliklərini qorumaq, siyasi və konstitusion gələcəkləri barədə mövqelərini sərbəst ifadə etmək hüquqlarının təmin edilməsinin vacibliyini vurğulayıblar.
Bununla yanaşı, Hindistan hökuməti tərəfindən siqh icmasının nümayəndələrinə qarşı ayrı-seçkilik, təzyiq, fundamental azadlıqların məhdudlaşdırılması və transmilli repressiya iddialarının qərəzsiz və hərtərəfli araşdırılmasına çağırış edilib.
Konfrans iştirakçıları müraciətdə qaldırılan məsələlərin ABŞ Konqresində müzakirəyə çıxarılmasını xahiş edərək, xüsusilə Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunması istiqamətində beynəlxalq dəstəyin gücləndirilməsinə çağırıblar. Onlar Konqres üzvlərinin bu məsələlərlə bağlı cavab və dəstəyini gözlədiklərini bildiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

