Ankaranın Keçiörən rayonunda Xocalı soyqırımı abidəsi açılıb
27.02.2014 [09:30]
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə silsilə tədbirlər davam etdirilir.
Silsilə tədbirlər çərçivəsində fevralın 26-da Ankaranın Keçiören rayon bələdiyyəsi ilə Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə rayondakı Xocalı soyqırımı meydanında ucaldılmış abidənin açılışı olub.
Səfirlikdən AzərTAc-a bildiriblər ki, abidənin açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, deputatlar Qənirə Paşayeva, Arif Rəhimzadə, Rüstəm Xəlilov, qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) xarici əlaqələr üzrə sədr müavini Yasin Aktay, AKP-nin icraçi katibi Haluk İpek, Keçiören bələdiyyəsinin sədri Mustafa Ak, Türkiyə parlamentinin deputatları, mətbuat nümayəndələri və sakinlər iştirak ediblər.
İslam Konfransı Gənclər Forumunun (İKGF) beynəlxalq katibliyinin rəhbəri Elməddin Mehdiyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın mərasim iştirakçılarına ünvanladığı məktubu oxuyub.
Tədbirdə çıxış edən Mustafa Ak, Faiq Bağırov, Qənirə Paşayeva, Türkiyə parlamentinin deputatı İsmail Safi, Yasin Aktay, Haluk İpek, Ziyafət Əsgərov və Cəmil Çiçək Xocalı soyqırımının dəhşətlərindən, Qərb dünyasının bu vəhşiliklərlə bağlı ikili mövqeyindən və Ermənistanın destruktiv siyasətdən əl çəkməsi üçün qətiyyətli addımların atılmasının vacibliyindən söz açıblar. Qardaş ölkələrimizin əlaqələrinin məmnunedici yüksək səviyyəsindən söz açan Cəmil Çiçək Ermənistan rəhbərliyi ilə bağlı deyib: “Çox insan elə bilir, ölkə rəhbərləri cinayət törətməzlər. Lakin hazırda Ermənistan rəhbərliyində olan insanlar qatil və cinayətkarlardır. Xocalı soyqırımını da onlar törətmişlər”.
O, həmçinin qeyd edib ki, Azərbaycan bizim ikinci dövlətimizdir.
Çıxışlardan sonra abidənin açılışı olub.
Açılışdan sonra müəllifi heykəltəraş, Xalq rəssamı Natiq Əliyev olan Xocalı soyqırımı abidəsinin önünə qərənfillər düzülüb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31

