/ / Yoiçi Kobayaşi: Yaponiya ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri çox geniş şəkildə şaxələnib və zənginləşib
Yoiçi Kobayaşi: Yaponiya ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri çox geniş şəkildə şaxələnib və zənginləşib
01.03.2014 [11:39]
Xəbər verdiyimiz kimi, fevralın 26-da Tokioda Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 8-ci birgə iclası keçirilib. Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyasının həmsədri, İtoçi korporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayaşi iclasda müzakirə edilmiş məsələlərin əhəmiyyəti barədə fikirlərini AzərTAc-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşüb.
Yeddinci iclasın 2011-ci ilin noyabrında Bakıda keçirildiyini xatırladan Y.Kobayaşi deyib: “Ötən dövr Azərbaycanın sürətli inkişafı ilə xarakterizə olunur. Həm də bu inkişaf yalnız neft-qaz sənayesini deyil, iqtisadiyyatın digər sahələrini də əhatə etmişdir. Ötən iclasda Azərbaycan öz niyyətlərini bildirmişdi və biz artıq onların reallığa çevrilməsinin şahidiyik. Buna artıq fəaliyyətə başlamış sənaye parkını misal göstərə bilərik. Azərbaycan rəhbərliyinin iqtisadiyyatın şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi xətti reallığa çevrilməkdədir. Tokioda keçirilən iclasda Azərbaycanın Yaponiya tərəfi qarşısında konkret istiqamətlər üzrə irəli sürdüyü təkliflər də təsdiqləyir ki, ölkənizin iqtisadiyyatı yalnız neft-qaz sahəsində deyil, digər sahələrdə də uğurla irəliləyir. Bu, deməyə əsas verir ki, növbəti iclas tərəflər arasında iqtisadi əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıyacaqdır”.
Azərbaycan tərəfinin əvvəllər irəli sürdüyü təkliflər içərisində infrastruktur layihələrinin üstünlük təşkil etdiyini xatırladan Y.Kobayaşi bildirib ki, həmin layihələr neft-qaz hasilatı nəticəsində əldə olunmuş gəlir hesabına həyata keçirilirdi. O vaxt Yaponiya şirkətlərinin də qoşulduğu layihələr, onların texniki və avadanlıq təchizatı məhz dövlətçiliyin özülünün möhkəmləndirilməsinə xidmət edirdi. Bu gün isə həmin mərhələ geridə qalmış, Azərbaycan qüdrətli dövlətə çevrilib. Bunu Tokioda keçirilən iclasda Azərbaycan tərəfinin irəli sürdüyü təkliflərin kosmik sənaye, kosmosun mənimsənilməsi, süni peyklərin buraxılması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, səhiyyənin müasir standartlar səviyyəsinə qaldırılması kimi istiqamətləri də təsdiqləyir. Bundan əlavə, enerji layihələri neft-qaz yataqlarından yalnız hasilatı deyil, eyni zamanda emal sənayesini əhatə edir. Həmçinin humanitar əməkdaşlıq sahəsində kadrların hazırlanması kimi məsələlər də gündəmə gəlib. Bütün bunlar deməyə əsas verir ki, iki ölkə arasında əlaqələr çox geniş şəkildə şaxələnib və zənginləşib.
Azərbaycanın TANAP və TAP kimi nəhəng beynəlxalq layihələrə imza atmağa başladığını qeyd edən Y.Kobayaşi deyib ki, bu layihələr Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyətə malikdir. Yaponiya şirkətlərinin həmin layihələrə həm maliyyə mexanizmləri, həm də texnologiya və təcrübəli kadrlarla qatılacağını diqqətə çatdıran yaponiyalı həmsədr bunun iki ölkə arasında əməkdaşlıq münasibətlərini daha da yaxşılaşdıracağını vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00

