/ / Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasının xarici siyasəti” və “Elektron hökumət” istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kurslarına yekun vurulub
Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasının xarici siyasəti” və “Elektron hökumət” istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kurslarına yekun vurulub
01.03.2014 [11:51]
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycan Respublikasının xarici siyasəti” və “Elektron hökumət” istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursları başa çatıb. Kurslara dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri cəlb olunublar.
DİA-dan AzərTAc-a bildirilib ki, “Azərbaycan Respublikasının xarici siyasəti” istiqaməti üzrə kursun məqsədi “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində: ikitərəfli və çoxtərəfli əlaqələr”, “Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi: Azərbaycan Respublikası beynəlxalq müqayisələrdə”, “Müasir dövrdə Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətləri”, “Sığınacaq hüququ əcnəbilərin hüququnun spesifik institutu kimi”, “Yaxın Şərq böhranı: problemlər”, “Azərbaycanın beynəlxalq mədəni əlaqələri” və s. mövzularla bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadilələrinin aparılması olub.
Kurs müddətində Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri, professor Novruz Məmmədov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Dövlət Miqrasiya Xidmətinin idarə rəisi Nazim Salmanov, Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika idarəsinin rəis müavini Oqtay Qurbanov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavanşir Vəliyev və digər dövlət qurumlarının məsul nümayəndələri, eləcə də Dövlət İdarəçilik Akademiyasının müəllimləri müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov “Azərbaycan Respublikasının xarici siyasəti” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kurslarını başa vurmuş dinləyicilərə sertifikatlar təqdim edib.
Dövlət İdarəçilik Akademiyasında “Elektron hökumət” istiqaməti üzrə də qısamüddətli ixtisasartırma kursu başa çatıb. Kursa dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri cəlb olunublar.
Bu istiqamətdə kursların əsas məqsədi isə “Elektron hökumət”: dövlət qulluqçusu yeni informasiya məkanında”, “Azərbaycanda informasiya cəmiyyəti quruculuğu”, “Elektron hökumət” dövlət orqanlarının fəaliyyətinin təşkilinin yeni formasi kimi”, “Elektron hökumət”in normativ hüquqi təminati”, “Elektron xidmətlər: onların təşkili və təqdim olunmasi”, “Elektron hökumət”in uğurunun amilləri”, “Minilliyin yeni inkişaf məqsədləri” kimi mövzularla bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadilələrinin aparılması olub.
Kurs müddətində rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları Aqil Quliyev, Murad Fətullayev, Dövlət İdarəçilik Akademiyasının I prorektoru, professor Əlikram Abdullayev və Akademiyanın professor-müəllim heyətinin müxtəlif mövzularda mühazirələri dinlənilib.
Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov “Elektron hökumət” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kurslarını başa vurmuş dinləyicilərə sertifikatlar təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

