Novruz Məmmədov: Dövlət Departamentinin hesabatı Azərbaycandakı reallığı əks etdirmir
01.03.2014 [11:53]
Bildiyimiz kimi, ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatında Azərbaycanla bağlı növbəti dəfə qərəzli mövqe nümayiş etdirilib. Öz növbəsində sözügedən hesabata münasibət bildirən Azərbaycan Prezidenti Administrasiyasının (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun sözlərinə görə, həmin hesabatda bütün məsələlərə yanaşmada ifrat qərəzlilik müşahidə olunur: “Hesabat qeyri-obyektivdir və Azərbaycandakı reallığı əks etdirmir. Bu hesabatı biz, əlbəttə, qəbul etmirik. Çox təəssüf ki, ABŞ Azərbaycana qərəzli mövqeyini hər zaman olduğu kimi, fürsət düşəndə nümayiş etdirir. İnsan hüquqları, fikir və ifadə azadlığı, sərbəst toplaşma azadlığı və digər məsələlərlə bağlı göstərilən mövqe Azərbaycandakı reallıqdan tam fərqlidir”.
N.Məmmədov bildirib ki, ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı belə qərəzli mövqeyi tez-tez müşahidə edilir: “Əgər belə olmasaydı, elə bu günlərdə 22 il əvvəl bir gecədə qətlə yetirilmiş 613 günahsız uşaq, qadın, qocanın hüquqları barədə verilən suala Dövlət Departamentinin sözçüsü xanım Psaki heç olmazsa, deməyə bir söz tapardı, jurnalisti sualını təkrar edərək “niyə mövqe bildirmirsiniz” deyə irad tutmağa məcbur etməzdi. Yaxud, 20 ildən artıq bir müddətdə ərazilərimizi işğal altında saxlayan tərəfə işğalçı deyilməsinin təhqir hesab edilməsi ilə bağlı onun bəyanatını necə başa düşmək lazımdır? Budur ABŞ-ın ədalətli mövqeyi? Amma göründüyü kimi, budəfəki hesabatda onu tərtib edən “dostlar” Azərbaycandakı real prosesləri yox, özlərinin qərəzli mövqelərini nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxıblar”.
Şöbə müdiri əlavə edib ki, xarici amillərdən asılı olmayaraq, Azərbaycan öz inkişaf yoluna davam edir: “Bildiyimiz kimi, bu gün dünyanın 50-dən çox ölkəsi müxtəlif səbəblər üzündən gərginlik yaşayır. 10-a yaxın ölkədə müxtəlif xarakterli münaqişə və müharibə gedir. Bu proseslər isə heç də özbaşına olmur. Azərbaycan belə bir beynəlxalq şəraitdə 20 ildir ki, sabitlik və dinamik inkişaf adasına çevrilib. Bunu hamı əla görür və qiymətləndirir. Bunu elə 2013-cü ilin oktyabrında keçirilən prezident seçkiləri də nümayiş etdirdi. Əminəm ki, Azərbaycan xalqı öz tarixi uğurlarını, 20 il ərzində nail olduğu sabitliyi, dinamik inkişafı bundan sonra da qoruyub saxlayacaqdır”.
Hülya
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14

