“Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir”
15.03.2014 [10:41]
Sir Riçard Mançam: Azərbaycana səfərim zamanı burada inkişafın və ölkə başçısına olan rəğbətin şahidi oldum
“Azərbaycana səfərimdən çox məmnunam. Bu səfərimdə də ölkənizin sürətli inkişafını müşahidə edirəm. Təbii ki, bu inkişaf prosesində Prezident İlham Əliyevin fəaliyyətini xüsusi qiymətləndirmək lazımdır”. Bu fikirləri Azərbaycanda səfərdə olan Seyşel Adaları Respublikasının keçmiş prezidenti Sir Riçard Mançam deyib.
Bakıya ikinci dəfə səfər etdiyini söyləyən qonaq ilk səfərini ötən il oktyabrın 9-da keçirilən prezident seçkilərini izləmək üçün beynəlxalq müşahidə missiyasının tərkibində edib. “İlk dəfə Azərbaycanda olduğum zaman insanların xoşniyyətli və yüksək ruhda olduğunu müşahidə etdim. Burada olduğum dövrdə mən azərbaycanlıların inkişafyönümlü, çox maraqlı insanlar olduğunu gördüm” - deyə, qonaq vurğulayıb. Sabiq prezidentin sözlərinə görə, dünyadakı proseslər öz-özlüyündə təsadüfən baş vermir: “İstənilən prosesin baş verməsi üçün müəyyən şərait olmalıdır. Sözsüz ki, xoşniyyətli insanlar bir yerə toplaşıb müəyyən baxışlarını, istəklərini reallığa çevirəndə bu, çox gözəl bir nümunə yaradır. Bu məsələlərdə liderlik amili çox vacib və həlledici olur. İstənilən təşkilatın və istənilən bir qurumun uğurlu lideri olmadan heç nə mümkün olmur. Təcrübəmdə mən beynəlxalq məsələlərlə çox geniş şəkildə (müxtəlif təşkilatlar, forumlar çərçivəsində və s.) məşğul olmuşam. Azərbaycana ilk səfərimdən öncə Londonda olarkən ölkəniz haqqında BBC kanalının çox mənfi bir proqramını seyr etmişdim. Lakin sonradan Azərbaycana gəldikdə mən artıq burada tamam fərqli bir mənzərə gördüm. Azərbaycanda gedən proseslərə və ölkə başçısına olan rəğbətin şahidi oldum. Beləcə, çox müsbət təəssüratlarla ölkənizdən ayrıldım. Seyşel adaları və Seyşel adalarında yerləşən Respublikanın ilk prezidenti olmaqla bərabər, həmçinin mən hazırda bir dərginin də nəşrinə rəhbərlik edirəm. Ötən il bizim dərgi Azərbaycan Prezidenti cənab İlham Əliyevi “İlin adamı” elan etmişdi. Buna səbəb isə Azərbaycan Prezidentinin son 10 il ərzində əldə etdiyi nailiyyətlər və həyata keçirdiyi fəaliyyətlərlə bağlı idi”.
Azərbaycanla Seyşel Adaları Respublikası arasındakı əlaqələrə toxunan qonaq bildirib ki, ikitərəfli münasibətlərin inkişafında hər iki ölkə maraqlıdır: “Sözsüz ki, bu münasibətlərin daha da intensivləşməsinə əlverişli zəmin yaranacaq. Əlbəttə, turizmin inkişafı Seyşel adaları üçün əsas gəlir mənbəyidir. Respublika, həmçinin, hazırda geopolitik və geosiyasi baxımdan əhəmiyyətli ölkədir”.
Cənab Mançamın sözlərinə görə, hazırda Azərbaycan beynəlxalq səviyyədə də geniş fəaliyyət göstərir. Onun fikrincə, bu fəaliyyət imkan verir ki, Azərbaycan üzləşdiyi əsas problemi ilə bağlı dünya ictimaiyyətini məlumatlandırsın. “Beynəlxalq müstəvidə fəaliyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ölkənizin səsini eşitməyə imkan verəcək. Məlumdur ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr var. Amma bu qətnamələrə hələ də fikir verilmir. Ona görə də, burada müdrik rəhbərliyin səyləri nəticəsində iki xalqın bərabər yaşamasını nəzərə alaraq çalışmaq lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olunsun. Hesab edirəm ki, bu, yalnız Azərbaycanda hakimiyyətdə olan müdrik rəhbərliyin həyata keçirdiyi siyasət nəticəsində mümkün olacaq” - deyə, sabiq prezident vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

