Azərbaycan-Avstriya əlaqələrinin bütün sahələrdə inkişafı çox sevindiricidir
02.04.2014 [09:37]
Aprelin 1-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Avstriya Milli Şurasının nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə Oqtay Əsədov qədim tarixə malik olan Azərbaycan-Avstriya münasibətlərinin inkişafının məmnunluq doğurduğunu söyləyib. Əlaqələrimizin inkişafında hər iki ölkənin Prezidentlərinin rolunu xüsusi vurğulayan Oqtay Əsədov deyib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər zamanı aparılan danışıqlar, imzalanmış sənədlər hərtərəfli əməkdaşlığın genişlənməsi üçün möhkəm hüquqi baza yaradıb.
Milli Məclisin sədri dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolunu xüsusi vurğulayıb. Son 10 ildə Azərbaycanda bütün sahələrdə müşahidə olunan sürətli inkişafdan söhbət açan O.Əsədov ölkəmizin Avropaya inteqrasiyası sahəsində çox mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən sədr beynəlxalq ictimaiyyətin bu problemin həlli istiqamətində daha ciddi səy göstərməsinin vacibliyini vurğulayıb. O, bildirib ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə məhəl qoymayan Ermənistan torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Buna baxmayaraq, işğalçı dövlətə heç bir sanksiya tətbiq edilmir.
Avstriya Milli Şurasının ikinci prezidenti Karlheinz Kopf səfər zamanı nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, qeyd edib ki, xalqlarımız arasında əlaqələrin qədim tarixi var və münasibətlərimizin bu gün də bütün sahələrdə inkişaf etməsi çox sevindiricidir.
Qonaq Azərbaycanın qısa müddətdə bu qədər nailiyyət qazanmasını yüksək qiymətləndirib və Avropaya inteqrasiya istiqamətində ölkəmizə daim dəstək göstərməyə hazır olduqlarını söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06

