Mətbuat Şurası idarə heyətinin iclası keçirilib
03.04.2014 [09:46]
Dünən Mətbuat Şurası (MŞ) İdarə Heyətinin iclası keçirilib.
Şuradan AzərTAc-a bildirilib ki, qurumun sədri Əflatun Amaşov iclası açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.
İclasda MŞ-nin şikayətlər üzrə komissiyasının rəyləri və “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasının təqdimatı əsasında qərarlar çıxarılıb. “Aqrolizinq” ASC-nin və “Azərenerji” ASC-nin “Yeni Cümhuriyyət” qəzetində gedən materiallarla bağlı şikayətləri əsasında həmin nəşrə xəbərdarlığın edilməsi məqsədəuyğun sayılıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Azadlıq” qəzeti ilə bağlı müraciətində cavabdeh tərəfin etik prinsipləri pozduğu müəyyənləşdirilib. İclasda, həmçinin “İqtisadiyyat və kölgə” və “Kölgəli iqtisadiyyat və korrupsiya” qəzetlərinin MŞ-nin “qara siyahı”sına salınması qərara alınıb.
Daha sonra “Ərgünəş” Nəşriyyat-Poliqrafiya Müəssisəsi, “Əks səda”, “Haqqın nuru”, “The Bisiness Times”, “Araz media” qəzetləri, “Vətəndaş cəmiyyəti”, “Söz”, “Musiqi dünyası”, “Sənətkar”, “Xəyal Production”, “Azərbaycan xalçaları”, “Atilla” jurnalları, “azwision.az”, “femida.az”, “qaynar.info”, “supersport.az”, “zengezur.com”, “visiontv.az” saytları MŞ-nin sıralarına qəbul olunub. Müzakirələrdə bildirilib ki, üzvlüyə qəbul olunan xəbər saytlarının hüquqi statusu ilə bağlı məsələlərə diqqət yetirilməlidir. Çünki MŞ-nin sıralarına qəbul zamanı təşkilatın hansısa formada hüquqi şəxs olması nəzərə alınır. Üzv qurumlar fəaliyyətlərini tələbin ciddiliyini qorumaqla qurmalıdırlar. MŞ-nin Katibliyi qarşıdakı iki ay müddətində bunu nəzarətdə saxlayacaq.
Gündəlikdə duran növbəti məsələ Mətbuat Şurasının “Apellyasiya qrupu”nun təqdimatı əsasında qurumun qərarlarının çıxarılması olub. Qeyd edilib ki, Şuranın “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrinin siyahıdan çıxmaqla bağlı müraciətlərini araşdıran qrup həmin nəşrlərin fəaliyyətinə dair monitorinqlər aparıb. Onlardan bir çoxunun fəaliyyət göstərmədiyi, digərlərinin isə peşə davranışı qaydalarını pozmayacaqları ilə əlaqədar öhdəlik götürdükləri diqqətə çatdırılıb. İclasda “Radikal”, “Millətim”, “Gündəm xəbər”, “Yeni dövr”, “Bizim dövr”, “Qanun və nəzarət”, “Təzadlar”, “Mühakimə”, “Müstəqil dövlət”, “Azad press”, “Dəryaz”, “Xüsusi tədqiqat”, “Gün”, “Gündəlik Bakı”, “Taran”, “Reallıq”, “Kriminal aləm”, “Fakt+fakt” qəzetlərinin fəaliyyəti müzakirə olunub. Vurğulanıb ki, bu KİV-lərin hazırda fəaliyyətdə olanlarına xüsusi diqqət yetirilməli, onların iş prinsiplərindəki mənfi cəhətlərin təkrarlanmaması üçün xəbərdarlıqlar edilməlidir. Çünki “qara siyahı”dan çıxmaq heç də yenidən siyahıya düşməkdən sığortalanmaq demək deyildir. Sözügedən nəşrlərin “qara siyahı”dan çıxarılması məsələsi səsə qoyularaq qəbul edilib.
İclasda bildirilib ki, Mətbuat Şurasına özünü Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı adlı təşkilatın nümayəndəsi kimi təqdim edən bəzi şəxslər yerlərdə müxtəlif vəzifə sahiblərinə maddi təmənna ilə diplom təqdim etmələrinə dair məlumatlar daxil olmaqdadır. Bəzən bu şəxslərin istəklərinə nail olmadıqları təqdirdə şantaja əl atdıqları və hədə-qorxu gəldikləri də qeyd edilir. Buna görə də MŞ-nin İdarə Heyəti sözügedən təşkilatla əlaqədar məsələnin ciddi şəkildə araşdırılması qərarına gəlib, bunun üçün İdarə Heyətinin üç üzvündən ibarət işçi qrupu yaradılıb. Qrupun işinin yekunu olaraq Azərbaycan Respublikasının Ədliyyə və Daxili İşlər nazirliklərinə müraciət ünvanlanacaq, media təşkilatı kimi jurnalistikadan sui-istifadəyə yol verənlər haqqında qanunauyğun tədbirlərin görülməsi məsələsi hər iki dövlət orqanı qarşısında qaldırılacaq.
Ali məktəblərin jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanlarının tətbiqi ilə bağlı məsələ müzakirə edilərkən mövcud istiqamətdə MŞ-nin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə apardığı işlərə nəzər salınıb və müsbət qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

