Siyavuş Novruzov: Azərbaycanın ərazisini işğal edən dövlətlə eyni ittifaqda ola bilmərik
08.04.2014 [09:32]
“Ermənistanı çıxmaq şərti ilə Azərbaycan bütün qonşu ölkələrlə xoş münasibətə malikdir, o cümlədən Rusiya ilə. Bu əlaqələr bərabərhüquqlu formada inkişaf edir”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az-a açıqlamasında son günlər Azərbaycana qarşı guya Rusiya təhlükəsinin olması haqqında yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Rusiyanın Azərbaycandan Gömrük İttifaqına qoşulmaqla bağlı istəyinin olması haqqında yayılan məlumatlara gəlincə S.Novruzov deyib ki, Azərbaycan heç bir bloka qoşulmur və bütün tərəflərlə bərabər əməkdaşlığa üstünlük verir: “Biz Gömrük İttifaqına qoşula bilmərik. Çünki Azərbaycanın ərazisini işğal edən dövlətlə eyni ittifaqda ola bilmərik. MDB-də elə sənədlər var ki, biz onlara qoşulmuruq. Gömrük İttifaqı ilə yanaşı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da qoşula bilmərik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Azərbaycan Ermənistanla bərabər şəkildə əməkdaşlıq edə bilməz. Təsəvvür edin ki, ölkəmiz Gömrük İttifaqına qoşulsa, Ermənistana gedən bütün yüklər Azərbaycan ərazisindən sərbəst şəkildə keçməlidir. Bunun müqabilində də Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır. MDB üzvü dövlətlər də bizi başa düşür. Bununla bağlı həm Qazaxıstanın, həm Belarusun, həm də Ukraynanın keçmiş prezidenti də çıxış etmişdi ki, bu məsələdə Azərbaycanın dediyi həqiqətdir. Azərbaycan vahid Gömrük İttifaqına qoşula bilməz”.
Millət vəkili qeyd edib ki, Azərbaycan Rusiya ilə yaxşı münasibətlərə, iqtisadi dövriyyəyə, siyasi əlaqələrə malikdir: “Xarici media bir çox hallarda aranı qızışdırır, eyni zamanda, hər iki ölkə arasında münasibətləri gözü götürməyənlər var. Belə KİV-lərin bir çoxu erməni lobbisinə xidmət edir”.
Ötən il prezident seçkilərindən öncə Rusiyanın Azərbaycana dair planlarının olduğu ilə bağlı məlumatlara gəlincə millət vəkili deyib ki, burda söhbət konkret Rusiyadan deyil, Rusiyadakı bəzi dairələrdən gedirdi: “İstər Rusiya, istər İran, istərsə Avropa və ABŞ-da müəyyən dairələr var ki, burada aranı qarışdırmaqda maraqlıdırlar. Yəni, söhbət konkret dövlətlərdən deyil, dairələrdən gedir. Elə senator yaxud konqresmen var ki, erməni lobbisinin təsiri altında Azərbaycana qarşı bəyanatlar səsləndirir. Ölkə daxilində də elə QHT-lər var ki, Azərbaycan haqqında mənfi rəy yaradırlar. Azərbaycanda da belə dairələrə qulluq edənlər var. Seçki öncəsi də onlar xof, qarışıqlıq yaratmaq istədilər, lakin xalq buna imkan vermədi”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17

