/ / Avstriyanın “Manchmal News” qəzetində “Azərbaycan: uğurlu diplomatiya və sürətli inkişaf” sərlövhəli məqalə dərc edilib
Avstriyanın “Manchmal News” qəzetində “Azərbaycan: uğurlu diplomatiya və sürətli inkişaf” sərlövhəli məqalə dərc edilib
17.04.2014 [09:03]
Avstriyanın “Manchmal News” qəzetində Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanovun “Azərbaycan: uğurlu diplomatiya və sürətli inkişaf” sərlövhəli məqaləsi dərc edilib.
AzərTAc xəbər verir ki, müəllif S.İmanov məqaləsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının beynəlxalq aləmdə qazandığı uğurlardan, insan haqlarına verdiyi dəstəkdən, ölkəmizin qlobal müstəvidə oynadığı roldan, bəşəriyyət üçün son dərəcə böyük önəm daşıyan məsələlərin müzakirə olunduğu forumlara ev sahibliyi etməsindən danışıb. Qeyd edilib ki, Azərbaycan bu mötəbər beynəlxalq tədbirlərdə fəal iştirak edir.
Məqalədə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu və bu quruma sədrlik etdiyi dövrdə göstərdiyi təşəbbüslərdən, ölkəmizin zəngin təbii ehtiyatlarından söz açılır.
Müəllif Azərbaycanın 158 ölkə ilə diplomatik əlaqələr qurduğunu, 38 beynəlxalq təşkilatın üzv olduğunu bildirir. Azərbaycanın yürütdüyü daxili və xarici siyasət nəticəsində xarici ölkələrdə respublikamızın icmalarının uğurlu fəaliyyətindən bəhs olunur, ölkəmizdə fəaliyyət göstərən milli azlıqlara məxsus onlarla mərkəzlər və Alman Mədəniyyət Cəmiyyəti barədə də məlumat verilir.
S.İmanov yazısında alman və ingilis dilli oxuculara dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, ölkəmizdə nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və turizmin davamlı inkişafı istiqamətində həyata keçirilən layihələr, regionda Azərbaycanın bilavasitə təşəbbüsü və iştirakı ilə reallaşan irimiqyaslı enerji layihələri barədə ətraflı bəhs edir.
Müəllif bir məqamı xüsusi vurğulayır ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət ölkəmizin bütün sahələr üzrə sürətli inkişafını təmin edir. Yazıda dövlətimizin başçısının jurnalistlərin sosial və mənzil şəraitinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğı barədə də ətraflı məlumat verilir.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

