“Human Rights Watch” Azərbaycana qarşı həmişə qərəzli münasibəti ilə seçilib
17.05.2014 [10:49]
Məlum olduğu kimi, bir neçə gün öncə “Human Rights Watch” qeyri-hökumət təşkilatı Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabat açıqlayıb. Təşkilat həmişəki kimi, öz ənənəsinə “sadiq” qalaraq ölkəmizdəki real vəziyyəti təhrif edib, qərəzli mövqe nümayiş etdirib. Bu səbəbdəndir ki, cəmiyyətimiz bu hesabatı qəbul etmir.
Məsələyə münasibət bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Yevda Abramov deyib ki, “Human Rights Watch” təşkilatının son hesabatı əvvəlkilər kimi reallığı əks etdirmir. Çünki bu təşkilat Azərbaycana qarşı həmişə qərəzli münasibəti ilə seçilib. Y.Abramov bildirib ki, “Human Rights Watch” ölkəmiz haqda məlumatları bir mənbədən alır və burada balans gözlənilmir. Yəni, bu qurum hökumətin, parlamentin məlumatlarını və mövqeyini nəzərə almır. Onun sözlərinə görə, “Human Rights Watch” ölkəmizdə ayrı-ayrı “hüquq müdafiəçiləri” və müxalifət partiyaları ilə əlaqə saxlayır, onların verdiyi məlumat əsasında belə mənfi hesabat ortaya çıxarır. Komitə sədrinin müavini hesab edir ki, təşkilat hər il Azərbaycanla bağlı eyni fikirləri bildirir. “Onların mövqeyi Azərbaycanda gedən obyektiv proseslərə adekvat deyil. Belə qurumlar öz maraqlarını güdür və havadarlarının verdiyi təlimatlara əsasən belə nəticələr çıxarırlar. Bu təşkilatın nümayəndələri bir dəfə də olsun parlamentin İnsan hüquqları komitəsinə gəlib, onları maraqlandıran məsələlərlə bağlı suallar verməyiblər” - deyə, Y.Abramov qeyd edib.
Millət vəkili Sahibə Qafarova isə deyib ki, bu qurumun qeyri-obyektivliyi Ermənistana yanaşmada daha aydın görünür. Onun sözlərinə görə, işğalçı dövlətlə müqayisədə Azərbaycan bütün sahələr üzrə son illər dəfələrlə inkişaf edib. “Amma Ermənistanda insanlar öldürülür, parlamentdə məmurları, deputatları qətlə yetirirlər, bütün bunların fonunda təşkilat Ermənistana çox yumşaq münasibət sərgiləyir. Azərbaycanda isə insan hüquqları, demokratiya və mətbuat azadlığı sahəsində ildən ilə inkişaf baş verir, bu sahədə qanunlar ardıcıl olaraq təkmilləşdirilir. “Human Rights Watch” bunları görməyərək hər il Azərbaycanda vəziyyəti mənfi göstərir. Əslində, bu məlum məsələdir. Çünki bu təşkilatların özləri də sərbəst deyillər. Onların arxasında duran xarici qüvvələr istədiklərini diqtə edirlər. Belə təşkilatlar həmin qüvvələrə bazarlıq üçün lazım olan bir vasitədir” - deyə, millət vəkili vurğulayıb. S.Qafarovanın sözlərinə görə, Azərbaycanın inkişafını nüfuzlu dövlətlər, beynəlxalq reytinq təşkilatları, maliyyə-iqtisadiyyat institutları qeyd edirlər. “Human Rights Watch” isə hər il eyni fikirləri təkrarlayır və bu dəfə hesabata bir az da “bəzək-düzək” verib. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi kimi böyük problemi var, bir milyon vətəndaşımızın hüquqları Ermənistan tərəfindən pozulub. Bəs niyə bu faktları hesabata daxil etmirlər? Təşkilatın ölkəmizdə sərbəst toplaşmaq və mətbuat azadlığı problemləri haqda dedikləri yalandır. Mitinqlərin keçirilməsi üçün müvafiq qanunvericiliyə uyğun olaraq yerlər ayrılıb və bu qanuna hər kəs əməl etməlidir. Yəqin ki, biz növbəti ildə də “Human Rights Watch”un hesabatını eyni tonda görəcəyik. Çünki Azərbaycan müstəqil siyasət yeridən böyük ölkələrə öz sözünü deyən dövlətdir. Ona görə də, bu, bəzi qüvvələrin xoşuna gəlmir, Azərbaycana qarşı qısqanclıq hissi ilə yanaşırlar” - deyə, S.Qafarova vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24

