Mərkəzi Seçki Komissiyası vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesinə yekun vurub
30.05.2014 [09:06]
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən 2014-cü ilin yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesinə başlanılıb. Seçki qanunvericiliyində nəzərdə tutulduğu kimi, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib, dairə seçki komissiyaları isə seçki dairələri üzrə yenidən tərtib edilmiş seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil veriblər. Mərkəzi Seçki Komissiyası tərəfindən seçici siyahıları bir daha dəqiqləşdirilib və artıq bu böyük prosesə yekun vurulub.
Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a məlumat verilib.
Mayın 29-da Mərkəzi Seçki Komissiyasının üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzində ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantı ilə tanış olublar. Dəqiqləşdirmə aparılaraq dairə seçki komissiyalarına qaytarılacaq seçici siyahılarının çap prosesi və saxlanma şəraiti ilə tanış olan Komissiya üzvlərinin və KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, vahid seçicilər siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib.
Qeyd etmək lazımdır ki, seçici siyahılarının çap prosesi ilə bağlı bir sıra texniki yeniliklər edilib və proqram təminatı daha da təkmilləşdirilib. Mərkəzi Seçki Komissiyasını fiber-optik xətlər üzərindən 125 seçki dairəsinin dairə seçki komissiyalarını birləşdirən yeni yaradılmış lokal şəbəkənin yaratdığı sürətli və təhlükəsiz informasiya mübadiləsi seçici siyahılarının ümumiləşdirilməsi prosesini intensivləşdirib və seçici məlumatlarının keyfiyyətli təhlilini təmin edib. Lokal şəbəkə üzərindən qurulmuş videokonfrans sistemi vasitəsilə dəqiqləşmə prosesi zamanı ortaya çıxan suallar online rejimdə operativ şəkildə dairə seçki komissiyaları ilə müzakirə edilib və müvafiq addımlar atılıb.
Sonra Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ müzakirə olunub. Mərkəzi Seçki Komissiyasının sədri ilin əvvəlindən may ayının sonunadək həyata keçirilmiş vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesi ilə bağlı ətraflı məlumat verib və seçici siyahılarının dəqiqləşdirilməsi prosesində seçki komissiyalarına lazımi kömək göstərmiş bütün qurumlara təşəkkürünü bildirib.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri daimi seçicilər siyahısının yenidən tərtib edilməsi, təsdiq olunması və internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilməsi barədə qərar layihəsi ilə tanış olublar. Komissiya qərara alıb ki, cari ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək, siyahılar məntəqə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin. MSK respublika üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib olunaraq rəsmi internet səhifəsində yerləşdirməklə ictimailəşdirilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, bu günə olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısında 5054455 nəfər seçicinin adı var ki, onların 48,21 faizi kişi, 51,79 faizi isə qadındır.
İclasda, həmçinin Mərkəzi Seçki Komissiyası 2013-cü il noyabrın 12-də keçirilmiş iclasının protokolunu təsdiqləyib, bir sıra normativ xarakterli aktlara dəyişikliklər edib və bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edib.
Komissiyanın iclasında beynəlxalq təşkilatların, respublikamızdakı xarici ölkə səfirliklərinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

