/ / Kardinal Can-Franko Ravazi: Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələri və qurumun ümumbəşəri dəyərlərə verdiyi töhfələri yüksək qiymətləndiririk
Kardinal Can-Franko Ravazi: Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələri və qurumun ümumbəşəri dəyərlərə verdiyi töhfələri yüksək qiymətləndiririk
05.06.2014 [09:07]
“Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələri və qurumun ümumbəşəri dəyərlərə verdiyi töhfələri yüksək qiymətləndiririk”.
Bu sözləri iyunun 4-də AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko Ravazi deyib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşlərindən böyük məmnunluqla bəhs edən Can-Franko Ravazi bildirib ki, indiyədək keçirilən çoxsaylı görüşlərdə Fondun prezidentinin başqa dinlərə və mədəniyyətlərə necə həssas və hörmətlə yanaşdığının şahidi olub. Azərbaycan xalqına və dövlətinə böyük hörmət bəslədiyini qeyd edən Can-Franko Ravazi Azərbaycan-Vatikan əlaqələrinin dərinləşməsində Mehriban Əliyevanın müstəsna və tarixi xidmətlərini xatırladıb.
Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri deyib: “Azərbaycan-Vatikan əlaqələri artıq bizim üçün vacib bir reallıqdır. Azərbaycanın birinci xanımının Vatikana son səfəri dövlətlərarası münasibətləri daha da genişləndirəcəkdir. Səfər zamanı müxtəlif səviyyəli görüşlər keçirilmişdir. Mehriban Əliyevanın Papa ilə görüşü də çox böyük əhəmiyyət daşıyır. Səfərin ən vacib məqamlarından biri Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının ziyarəti olmuşdur. Bir daha bildirmək istərdik ki, Fondun bu sahədə gördüyü işləri çox yüksək qiymətləndiririk və buna görə də minnətdarlığımızı bildiririk. Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi tədbirlər təkcə katakombaların bərpası ilə bitmir. Fond, eyni zamanda, Vatikan Apostol kitabxanasında olan Azərbaycana aid əlyazmaların bərpasına da töhfə vermişdir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond tərəfindən dünya miqyasında uşaqlara, yaşlı və kasıb insanlara kömək göstərilməsi, müxtəlif humanitar layihələrin reallaşdırılması ilə bağlı məlumatımız vardır. Bir sözlə, Heydər Əliyev Fondu bir çox sahələrdə mühüm işlər görür. Azərbaycana səfərim zamanı bu ölkədə müxtəlif dinlərin, etnik qrupların, icmaların nümayəndələrinin bərabər hüquqlar əsasında, bir yerdə necə mehriban yaşamalarının şahidi oldum. Azərbaycanda müsəlman, xristian və yəhudilər sülh şəraitində yaşayırlar. Azərbaycana ikinci dəfə bu yaxınlarda səfər etdim. Səfər çərçivəsində Bakı ilə yanaşı Azərbaycanın regionlarını da gəzdim, oradakı tarixi abidələrlə tanış oldum. Zənnimcə, Azərbaycanda xarici qonaqlara təqdim etmək üçün gözəl imkanlar vardır. Belə ki, bu ölkədə turistlərin marağına səbəb ola biləcək bir çox görməli yerlər, böyük həssaslıqla qorunub saxlanılan, müxtəlif mədəniyyətlərə aid tarixi abidələr vardır. Azərbaycanda dinindən, dilindən, irqindən asılı olmayaraq hər kəs böyük qonaqpərvərliklə qarşılanır, çox xoş münasibət görür. Buna görə də Azərbaycana olan səfərlərim mənim üçün xoş xatirədir”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

