Moskvada Azərbaycan Milli Məclisinin sədri Rusiya Dövlət Dumasının sədri ilə görüşüb
06.06.2014 [09:42]
Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyəti iyunun 5-də Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşüb.
Dövlət Dumasının sədri S.Narışkin qeyd edib ki, parlament əlaqələri iki dövlət arasında böyük siyasi dialoqun tərkib hissəsidir. O, ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayıb, parlamentlərarası əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu qeyd edib.
Sergey Narışkin deyib: “Parlamentlərin qarşılıqlı fəaliyyəti bütün sahələrdə - siyasi, ticari-iqtisadi və humanitar sferalarda əməkdaşlıq üçün əlverişli şərait yaradır”.
Dövlət Dumasının sədri Rusiya tərəfinin Azərbaycanla strateji tərəfdaşlığı möhkəmlətməkdə və genişləndirməkdə maraqlı olmasını təsdiqləyib.
S.Narışkin Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşünün əhəmiyyətini vurğulayaraq əmin olduğunu bildirib ki, bu nümayəndə heyətinin səfər çərçivəsində hökumətlərarası komissiyanın Rusiya tərəfindən həmsədri, baş nazirin müavini Dmitri Roqozinlə görüşü də Rusiya-Azərbaycan dialoqu üçün faydalı olacaq.
Milli Məclisin sədri Oqtay Əsədov, öz növbəsində, Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin yüksək səviyyədə olmasını qeyd edib.
O.Əsədov vurğulayıb: “Azərbaycanda Rusiya ilə dostluq, mehriban qonşuluq münasibətlərinə çox böyük əhəmiyyət verilir, bu əlaqələr Azərbaycanın xarici-siyasi fəaliyyətində prioritet hesab edilir. İyun ayında rusiyalı yüksək vəzifəli şəxslərin Azərbaycana çoxsaylı səfərləri nəzərdə tutulur. Bu ayda Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov Bakıya səfər edəcəkdir. Biz Dmitri Roqozini də Azərbaycanda gözləyəcəyik. Bu ayın axırlarında ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək iclasında sizi görməyə şad olarıq”.
Azərbaycan parlamentinin spikeri əmin olduğunu bildirib ki, ATƏT Parlament Assambleyasının iyunun 28-də Bakıda açılacaq sessiyasında mühüm məsələlər müzakirə ediləcək.
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin komitə sədrləri Arif Rəhimzadə, Əli Hüseynli, Azərbaycan parlament aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar, habelə rusiyalı senatorlar - Rusiya-Azərbaycan Parlamentlərarası əməkdaşlığı üzrə Duma komissiyasının üzvləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17

