/ / Sahibə Qafarova: Biz fəxr edirik ki, müstəqil Azərbaycan bu gün də etnik və dini baxımdan müxtəlifliyin olduğu ölkədir
Sahibə Qafarova: Biz fəxr edirik ki, müstəqil Azərbaycan bu gün də etnik və dini baxımdan müxtəlifliyin olduğu ölkədir
26.06.2014 [11:03]
“Bugünkü Avropada fərdi və kollektiv mənsubluq hissi sürətlə güclənir. XXI əsrdə, xüsusən də, qloballaşma dövründə milli sərhədlərin assimilyasiyası, mədəni müxtəlifliyin formalaşması insan cəmiyyətinin səciyyəvi cəhətlərindəndir”. Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyun sessiyası çərçivəsində dünən Avropa cəmiyyətlərində multikulturalizm haqqında hesabatın müzakirələrində Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova səsləndirib. Onun sözlərinə görə, müxtəliflik, plüralizm, insan haqlarına və insan ləyaqətinə hörmətə əsaslanan milli şüurun və Avropa identikliyinin formalaşmasında müxtəlif mədəniyyətlərin rolu danılmazdır: “Bəziləri multikulturalizmin özünü doğrultmadığını düşünür. Hesab edirəm ki, təcrübə multikulturalizmin alternativinin olmadığını göstərir. Onun alternativləri diskriminasiya, ksenofobiya və irqçilikdir”.
Müzakirə olunan hesabatda əksini tapan bəzi fikirlərə münasibət bildirən Sahibə Qafarova təəssüflə qeyd edib ki, hesabatda, hətta monoetnik ölkə olan Ermənistan da mədəni müxtəlifliyi olan ölkə kimi təqdim olunub: “Çox təəssüf ki, hesabatda Azərbaycan haqqında heç bir məlumat verilməyib, halbuki, Azərbaycanı ziyarət edən müxtəlif dövlətlərin rəhbərləri, ayrı-ayrı xalqların və dinlərin nümayəndələri ölkəmizi tolerantlıq və multikulturalizm nümunəsi adlandırır, Azərbaycanda tətbiq olunan modeli mükəmməl hesab edirlər.
Azərbaycan əsrlər boyu burada yaşayan müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin vətənidir. Biz fəxr edirik ki, müstəqil Azərbaycan bu gün də etnik və dini baxımdan müxtəlifliyin olduğu ölkədir. Bu gün xristian və yəhudi icmaları müsəlman icması ilə birlikdə bərabər hüquqlardan yararlanır. Son onilliklərdə Azərbaycan hökumətinin təşəbbüsü və iştirakı ilə multikulturalizm və mədəniyyətlərarası dialoq sahəsində bir çox mühüm tədbirlər keçirilib. Cari il mayın 15-də Azərbaycan Prezidenti “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında” Sərəncam imzalayıb. İnanıram ki, biz mövcud müsbət təcrübəni daha geniş miqyasda tətbiq etməliyik. Hesab edirəm ki, Avropa Şurasının üzv ölkələrindən olan Azərbaycandakı mədəni müxtəliflik barədə məlumat hesabatı zənginləşdirə bilərdi”.
Daha sonra S.Qafarova vurğulayıb ki, qlobal təhdidlər, terrorizm, dini qarşıdurma meyilləri şəraitində birgə mövcudluq istəyinin diqqətli və həssas yanaşma tələb etdiyi bir vaxtda bu sahədə hazırkı addımlarımız və gələcək tədbirlər heç də milli, mədəni və mənəvi dəyərlərimizdən imtina ilə nəticələnməməlidir, dini və milli fərqlər qarşıdurma yaratmamalıdır: “Əksinə, biz öz inam və düşüncələrimizi başqalarına məcburən qəbul etdirmədən ümumbəşəri dəyərləri qorumaq və yaşatmaq üçün səmimiyyət, xoş niyyət, hörmət əsasında birgə əməkdaşlıq etməliyik. Hesab edirəm ki, biz buna ümumi məkanımız olan Avropada nail ola bilərik”.
Xəbər lenti
Hamısına baxAnalitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17

