Dövlət müşaviri Lerikdə və Yardımlıda ziyalılarla və dindarlarla görüşüb
05.07.2014 [09:54]
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev iyulun 3-də Lerik Rayon Mədəniyyət Evində rayon ziyalıları və dindarlarla görüşüb.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Rayonun rəhbər işçilərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, dindarların və ictimaiyyət təmsilçilərinin iştirak etdikləri görüşdə Azərbaycanda çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə fikir mübadiləsi aparılıb.
Dövlət müşaviri Kamal Abdullayev ölkə rəhbərliyinin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanması, təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasəti və nəzərdə tutulmuş çoxşaxəli işlər, müxtəlif layihə və proqramlar barədə danışıb. O, Prezident İlham Əliyevin yeni xidmətlə bağlı qarşıya qoyduğu məqsəd və vəzifələri diqqətə çatdırıb, bundan irəli gələn vahid konsepsiya və fəaliyyət planı əsasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə həyata keçiriləcək işlərdən bəhs edib və dövlət-din münasibətləri, tolerantlıq sahəsində ölkəmizdə həyata keçirilən fəaliyyət və layihələrlə bağlı fikirlərini bölüşüb.
Qeyd olunub ki, Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin nümayəndələri, etnik qruplar və xalqlar birgə, qardaşlıq və dostluq şəraitində yaşayıblar. Multikulturalizm, tolerantlıq Azərbaycanın hər bir vətəndaşının həyat tərzinə çevrilib. Məhz bu tolerantlığın, birgəyaşayışın və dövlət başçısının həyata keçirdiyi düzgün siyasətin nəticəsidir ki, Azərbaycan tolerant bir ölkə kimi dünyaya nümunə göstərilir, ölkəmizdə mədəniyyətlərarası və dinlərarası münasibətlərə həsr olunmuş beynəlxalq forumlar keçirilir.
Azərbaycançılıq, tolerantlıq, milli və etnik prinsiplər Ulu öndər Heydər Əliyev tərəfindən bizə miras qalıb və bu prinsiplər dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlətin dinə münasibəti çox loyaldır. Müstəqilliyə qədəm qoyduğumuz dövrdə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, son 20 ildə məscidlərin sayı 2000-ə çatdırılıb. Təkcə bu fakt dövlətimizin dinə və dindar vətəndaşlara münasibətinin bariz nümunəsidir.
Dövlət müşaviri son vaxtlar qeyri-ənənəvi, zərərli dini cərəyan və təriqətlərlə bağlı fikir və mülahizələrini bildirib, gənclərin və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində məktəblərlə yanaşı, dini ibadət evlərinin, məscidlərin də üzərinə düşən vəzifələrlə əlaqədar tapşırıq və tövsiyələrini verib.
Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.
Görüş başa çatdıqdan sonra Dövlət müşaviri Kamal Abdullayev rayondakı “Babagil” pirini ziyarət edib, Lerik şəhərindəki Cümə məscidində dindarlarla görüşüb.
Çıxış edənlər Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılmış yeni xidmətin dövlətimizin başçısının dövlət-din münasibətlərinə, milli mənəvi dəyərlərimizin inkişafına qayğısının bariz nümunəsi olduğunu bildiriblər.
Qeyd edilib ki, ölkəmizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş üçün demokratik-hüquqi və mədəni-mənəvi şərait yaradılıb.
Günün ikinci yarısında Dövlət müşaviri Kamal Abdullayev Yardımlı rayon ziyalıları və dindarları ilə görüşüb.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla tanış olublar.
Görüşdə çıxış edən Dövlət müşaviri Azərbaycanda hökm sürən tolerantlıq mühiti, dövlət və din münasibətləri barədə ətraflı söhbət açıb.
Sonra Dövlət müşaviri iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Görüş başa çatdıqdan sonra Kamal Abdullayev Yardımlı Cümə məscidində dindarlarla görüşüb söhbət edib.
Xəbər lenti
Hamısına baxSosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01

