Nikaraqua Respublikasının xarici işlər naziri Konstitusiya Məhkəməsində olub
11.07.2014 [10:05]
İyulun 10-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə səfərdə olan Nikaraqua Respublikasının xarici işlər naziri Samuel Santos Lopez ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə Fərhad Abdullayev Azərbaycan və Nikaraqua arasında bütün sahələrdə, o cümlədən hüquq sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanın bu gün dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biri olduğunu qeyd edib. Sədr ölkəmizin dünya dövlətləri ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.
Konstitusiya Məhkəməsi haqqında qonağa məlumat verən sədr bildirib ki, 2014-cü il iyulun 14-də məhkəmənin fəaliyyətinin 16 ili tamam olacaq. Bu dövrdə məhkəmənin ən önəmli fəaliyyət istiqamətlərindən biri də məhz beynəlxalq əlaqələrinin qurulması olub. Artıq demək olar ki, dünyanın bir çox dövlətlərində fəaliyyət göstərən konstitusiya nəzarəti orqanları ilə qarşılıqlı əlaqələrimiz mövcuddur.
Fərhad Abdullayev qeyd edib ki, ölkələr arasında hüquqi inteqrasiya ümumi dünya inteqrasiya prosesinin tərkib hissəsidir və beynəlxalq hüquq məhkəmələr üçün çox mühüm bir sahədir. İyunun 30-da Konstitusiya Məhkəməsi çox mühüm qərar qəbul edib. Həmin qərarın mahiyyətinə görə müasir cəmiyyətdə milli hüquq beynəlxalq hüquq ilə əlaqəlidir. Hər bir sivil dövlətdə cinayət hüququ, mülki hüquq, inzibati hüquq və hüququn digər sahələri beynəlxalq hüquq normalarından irəli gəlirlər.
Samuel Santos Lopez Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, səfər çərçivəsində bir sıra önəmli görüşlərin keçirildiyini diqqətə çatdırıb. Qonaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirdiyi görüşü xüsusilə qeyd edib.
Nazir Azərbaycan və Nikaraqua yüksək məhkəmə orqanları arasında əməkdaşlığın vacib olduğunu vurğulayıb. O, ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafı üçün əlverişli imkanların olduğunu vurğulayıb. Samuel Santos Lopez bu cür qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafına xidmət edəcəyini bildirib. Nazir, həmçinin Azərbaycanda gedən sürətli inkişaf prosesinin təqdirəlayiq olduğunu deyib.
Görüşdə Nikaraqua Respublikasının İran İslam Respublikasındakı səfiri Mario Barkuero da iştirak edib.
Görüşün sonunda qonaqlara məhkəmənin plenum zalı göstərilib və xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17

