/ / Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın 7-ci iclası işə başlayıb
Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın 7-ci iclası işə başlayıb
11.07.2014 [10:07]
Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın 7-ci iclasının rəsmi açılışı olub.
Azərbaycan Respublikası Baş nazirinin müavini, komissiyanın həmsədri Abid Şərifovun rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyətimizin təmsil olunduğu iclasdan əvvəl nümayəndə heyətimiz Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin, o cümlədən energetika sahəsi üzrə əməkdaşlığın real nəticələri və perspektivlərinə dair səmərəli fikir mübadiləsi aparılıb.
İclası giriş sözü ilə açan Türkiyə Baş nazirinin müavini, komissiyanın həmsədri Beşir Atalay nümayəndə heyətimizi səmimiyyətlə salamlayaraq Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın 6-cı iclasından bəri görülən işlərdən bəhs edib. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” tarixi fikrini xatırladaraq, Ulu öndərimizin bu sözlərinin hər birimiz üçün örnək olduğunu diqqətə çatdıran B.Atalay qeyd edib ki, Azərbaycan ilə Türkiyənin ortaq işləri dünya birliyi tərəfindən beynəlxalq əhəmiyyətli iqtisadi layihələr kimi dəyərləndirilir. Dünya birliyi bu layihələrin mahiyyəti ilə hesablaşır.
Səmimi qonaqpərvərliyə və qardaşlıq münasibətlərinə görə dərin təşəkkürünü ifadə edən Azərbaycan Respublikası Baş nazirinin müavini, komissiyanın həmsədri Abid Şərifov Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş ölkəmizin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin iki qardaş ölkənin inkişafına yaratdığı böyük imkanlardan və bu şansların lazımı qaydada dəyərləndirilərək onlardan düzgün istifadə edilməsindən danışıb.
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanı təmənnasız dəstəklədiyinə görə Türkiyə dövlətinə və qardaş türk xalqına səmimi minnətdarlığını çatdıran hökumətimizin nümayəndəsi qeyd edib ki, ölkələrimiz arasında hərtərəfli münasibətlərin dinamik inkişafı xalqlarımızın qardaşlığının ortaya qoyduğu tələbdir. Baş nazirin müavini qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində ərazi bütövlüyünü bərpa etmək üçün bütün imkanlardan istifadə etməkdə israrlıdır.
Bakı-Tbilisi-Ceyhan neft ixrac, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi nəticəsində ölkələrimizin iqtisadi qüdrətinin dinamik inkişaf etdiyini diqqətə çatdıran komissiyanın həmsədrləri bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörən neft strategiyası faktiki olaraq qitələrarası enerji nəqletmə şəbəkəsinə çevrilməkdədir. Bildirilib ki, yaxın dövrdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi beynəlxalq polad magistrallarda axın sürətini artıracaq və tarixi İpək Yolu müasir kommunikasiya sistemində bərpa olunacaq.
Çıxışlarda TANAP və TAP nəqletmə və PETKİM istehsal layihələrinin beynəlxalq iqtisadiyyatın inkişafında və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan danışılıb, ölkələrimiz arasında hərtərəfli əlaqələrin dinamikasında artım tempinin qorunmasının əhəmiyyəti qeyd olunub, iqtisadi göstəricilər barədə məlumat verilib.
Açılış mərasimindən sonra tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət, qarşılıqlı sərmayə, elm-sənaye və texnologiyalar, energetika, nəqliyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, mədəniyyət və turizm, əmək və sosial müdafiə, ətraf mühit və şəhərsalma, meşə təsərrüfatı, təhsil, səhiyyə, gənclər və idman sahələri üzrə əlaqələrin daha da genişləndilməsi ilə bağlı müzakirələri davam etdiriblər.
İyulun 11-də Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın 7-ci iclasının protokolu imzalanacaq.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

