Fransanın milli bayramı şərəfinə
15.07.2014 [10:29]
İyulun 14-də Fransanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə rəsmi qəbul təşkil edib.
AzərTAc xəbər verir ki, qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın və Fransanın dövlət himnləri səslənib.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ölkəsinin keçdiyi inkişaf yolundan danışıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.
Azərbaycanın dinamik inkişaf etdiyini vurğulayan səfir ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərin, habelə elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.
P.Mönye ölkələrimiz arasında ticari əlaqələrə də toxunub, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Diplomat dost ölkələr olan Azərbaycan və Fransa arasında getdikcə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin inkişafına əlverişli zəmin yaradır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, fransız xalqına sülh, əmin-amanlıq və firavanlıq arzularını çatdırıb. Bildirib ki, Azərbaycan ilə Fransa arasında əlaqələrin dərin tarixi kökləri var.
Komitə sədri iki ölkə arasında diplomatik münasibətlərin yaranması tarixinə toxunub, ötən dövr ərzində əlaqələrimizin inkişafı üçün geniş hüquqi baza yaradıldığını deyib. Bildirilib ki, Fransa Azərbaycanın mühüm tərəfdaşlarından biridir. H.Hüseynova ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini söyləyib. O vurğulayıb ki, dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrimizin daha da inkişaf etməsinə öz töhfəsini verib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-Fransa əlaqələrinin inkişafındakı böyük xidmətlərini diqqətə çatdıran komitə sədri bildirib ki, Fondun dəstəyi ilə Fransada kilsə və mədəniyyət abidələrinin bərpası, həmçinin Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılması, Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi buna əyani sübutdur.
Vurğulanıb ki, ölkələrimiz arasında təhsil sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. Yüzlərlə azərbaycanlı gənc Fransa ali məktəblərində təhsil alır və bu proses davam edir. Eyni zamanda, Bakıda Fransız liseyinin açılması da bu əməkdaşlığın önəmli göstəricilərindəndir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06

