/ / Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə və Gürcüstanın müdafiə nazirləri ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə və Gürcüstanın müdafiə nazirləri ilə görüşüb
20.08.2014 [09:48]
Xəbər verdiyimiz kimi, Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz və Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz və Gürcüstanın müdafiə naziri İrakli Alasaniya ilə görüşüb.
Qonaqları salamlayan Ali Məclisin Sədri onları Naxçıvanda görməkdən məmnunluğunu bildirib, son illər muxtar respublikanın bir sıra beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdiyini və bunun uğurlu nəticələri olduğunu diqqətə çatdırıb.
Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə və Gürcüstan arasında təhsil, səhiyyə, iqtisadiyyat və nəqliyyat sahələrində uğurlu əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Qeyd olunub ki, strateji maraqlara uyğun olaraq hər üç ölkənin həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əsasda əlaqələrinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Naxçıvanın blokada şəraitində yaşadığını və düşmən dövlətlə sərhəddə yerləşdiyini bildirən Ali Məclisin Sədri bütün bunlara baxmayaraq muxtar respublikada sosial-iqtisadi inkişafın davamlı xarakter aldığını qeyd edib. Bildirilib ki, bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissə və birləşmələrinin döyüş qabiliyyəti gücləndirilir, Heydər Əliyev adına Hərbi Liseydə ordumuz üçün ixtisaslı kadrlar hazırlanır.
Ali Məclisin Sədri Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvan görüşünün faydalı olacağına əminliyini bildirib, təşkilatçılara təşəkkür edib.
Görüşdə iştirak edən Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov hər üç ölkə arasında siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb, Naxçıvan görüşünün hərbi sahədə əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə edib.
Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz qədim tarixə malik Naxçıvan şəhərində olmağından məmnunluğunu bildirib, göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.
İsmət Yılmaz Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin qurulmasında beynəlxalq Moskva və Qars müqavilələrinin əhəmiyyətini vurğulayıb, son illər həyata keçirilən qarşılıqlı rəsmi səfərlərin siyasi, iqtisadi, təhsil və digər sahələrdə münasibətlərin inkişafına töhfə verdiyini bildirib.
Türkiyənin milli müdafiə naziri ölkəsinin dost və qardaş Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini diqqətə çatdırıb, hərbi əməkdaşlıq sahəsində qarşılıqlı səylərin göstərildiyini qeyd edib.
Gürcüstanın müdafiə naziri İrakli Alasaniya deyib ki, müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşü hər üç ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, bu gün Gürcüstan, Azərbaycan və Türkiyə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlərin davam etdirilməsində və regionda sülhə nail olunmasında hərbi sahədə əməkdaşlığın mühüm rolu vardır.
Söhbət zamanı hər üç ölkə arasındakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova xatirə hədiyyəsi təqdim edib.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri İsmail Alper Coşkun, hərbi attaşesi Hasan Nevzat Taşdeler, Naxçıvandakı baş konsulu Əli Rza Akıncı, Gürcüstanın ölkəmizdəki səfirinin müavini İrakli Svanidze, Azərbaycandakı hərbi attaşesi Şalva Turaşvili görüşdə iştirak ediblər.
* * *
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun adından Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin şərəfinə rəsmi ziyafət verilib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00

