“Azərbaycan-Britaniya münasibətləri müasir mərhələdə” kitabı çapdan çıxıb
23.09.2014 [09:34]
Qərbin aparıcı dövlətlərindən biri olan Böyük Britaniya ilə müstəqil Azərbaycan Respublikasının əməkdaşlığının tədqiqinə həsr edilmiş “Azərbaycan-Britaniya münasibətləri müasir mərhələdə” kitabı çapdan çıxıb.
Nəşrin müəllifi siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin aparıcı məsləhətçisi Məhsəti Əliyevadır. Kitabın girişində qeyd edilir ki, bu tədqiqatın məqsədi Böyük Britaniya ilə Azərbaycan Respublikasının əməkdaşlığını işıqlandırmaqdır. Tədqiqatın başlıca vəzifəsi Azərbaycan-Britaniya əlaqələrinin təşəkkülünü və inkişaf perspektivlərini elmi-texniki baxımdan öyrənmək, müvafiq problemlərin həlli yollarını nəzəri-konseptual baxımdan araşdırmaq, ikitərəfli münasibətlərdə əldə edilmiş nəticələri ümumiləşdirmək idi.
Giriş, üç fəsil və “Nəticə” bölməsindən ibarət olan kitabda siyasi sahədə Azərbaycan-Britaniya əməkdaşlığı, təhsil, elm və mədəniyyət sahələrində müasir Azərbaycan-Britaniya münasibətlərinin iqtisadi aspektləri nəzərdən keçirilir, iki dövlətin qarşılıqlı siyasi, iqtisadi, elmi-texniki və mədəni münasibətləri işıqlandırılır. Kitabın hazırlanmasında Azərbaycan dilində və xarici dillərdə çoxsaylı mənbələrdən, o cümlədən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Milli Məclisin, İqtisadiyyat və Sənaye, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, digər dövlət strukturlarının arxivlərindən, habelə hər iki dövlətin səfirliklərinin materiallarından, mətbuatda dərc edilmiş məlumatlardan, statistik və digər materiallardan istifadə edilib.
Kitabın sonunda Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış sənədlərin siyahısı verilib. Bu siyahıda Azərbaycan Respublikası ilə Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya arasında Dostluq və Əməkdaşlıq haqqında Bəyannamə, Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təhsil, Elm və Mədəniyyət sahələrində Əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya Hökuməti arasında Hava Rabitəsi haqqında Saziş, Azərbaycan Respublikası ilə Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya arasında Energetika sahəsində Əməkdaşlıq haqqında Memorandum və digər ikitərəfli sənədlərin adları vardır.
“Azərbaycan-Britaniya münasibətləri müasir mərhələdə” kitabının “Nəticə” hissəsində müəllif qeyd edir ki, suveren Azərbaycan Respublikasının xarici siyasət kursunda iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrlə sıx əməkdaşlıq məsələlərinə böyük əhəmiyyət verilir. Bu cür ölkələr arasında ilk yerlərdən birini Böyük Britaniya tutur.
Kitab Azərbaycan-Britaniya münasibətlərinin salnaməsini əks etdirən fotoşəkillərlə illüstrasiya edilib.
Xəbər lenti
Hamısına baxSosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50

