Azərbaycanın uğurlarının təməlində dayanan ən mühüm faktor lider amilidir
24.09.2014 [09:48]
Novruz Məmmədov: 20 ildən bir qədər artıq müddətdə Azərbaycan ikinci “Əsrin müqaviləsi”nin təməlqoyma mərasimini keçirdi
“Azərbaycan 20 ildən bir qədər artıq müddətdə ikinci beynəlxalq əhəmiyyətli layihənin həyata keçirilməsi üçün imza atdı”. Bu sözləri dünən keçirdiyi mətbuat konfransında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına münasibətini bildirərkən deyib.
PA rəsmisi bu hadisəni Azərbaycanın ikinci beynəlxalq əhəmiyyətli layihənin həyata keçirilməsinə imza atması kimi dəyərləndirib: “20 ildən bir qədər artıq müddətdə Azərbaycan ikinci “Əsrin müqaviləsi”nin təməlqoyma mərasimini keçirdi. Bu isə, həqiqətən də, mürəkkəb geosiyasi münasibətlərin cəmləşdiyi, maraqların toqquşduğu ərazidə yerləşən bir ölkə üçün çox böyük nailiyyətdir. Bunun rəmzi tərəfi isə odur ki, Azərbaycan bir “Əsrin müqaviləsi”nin 20 illiyini qeyd etdiyi bir vaxtda, ikinci “Əsrin müqaviləsi”nin təməlqoyma mərasimini keçirdi”.
Şöbə müdiri qeyd edib ki, Azərbaycan cəmiyyəti artıq birinci “Əsrin müqaviləsi”nin nəticələrini görür və yaşayır: “Həmin dövrdə “Əsrin müqaviləsi”ni dahi siyasi xadim, Ümummilli lider Heydər Əliyev imzaladıqda müxtəlif fikirlər, mövqelər səsləndirilirdi. Lakin Ulu öndər bildirdi ki, bu, Azərbaycan xalqı, dövləti və dövlətçiliyi, Azərbaycanın gələcəyinin inkişafı üçün çox böyük hadisədir və onu “Əsrin müqaviləsi” adlandırdı”.
Novruz Məmmədovun sözlərinə əsasən, “Əsrin müqaviləsi”nin ölkəmizə və xalqımıza davamlı töhfələr verməsinin əsasında Ümummilli liderin təməlini qoyduğu yolun uğurla davam etdirilməsi dayanır: “Azərbaycan Ulu öndərin yolundan sapmadı. Ona görə də bu günə qədər Azərbaycana gələn hər bir xarici ölkə nümayəndəsi, dövlət başçısı, baş naziri və digərləri ölkəmizin nə qədər böyük inkişaf yolu keçdiyini qeyd edir. Elə bu günlərdə Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasör keçirdiyi görüşlər zamanı ölkəmizin ötən müddətdə fantastik inkişaf yolu keçdiyini vurğulayıb. Həqiqətən də, bu, belədir”.
PA rəsmisi Azərbaycandan on illərlə əvvəl müstəqillik qazanmış ölkələrlə müqayisədə respublikamızın regionda, beynəlxalq aləmdə tutduğu mövqeyinə, inkişaf səviyyəsinə görə müstəsna vəziyyətdə olduğunu deyib: “Baxmayaraq ki, ərazilərimizin 20 faizi işğal altındadır, müharibə vəziyyətindəyik. Amma hər bir dövlətin qarşısında duran vəzifə ölkənin əhalisinin rahat yaşamasını və inkişafını təmin etməkdir. Bu nöqteyi-nəzərdən, xüsusilə də İslam aləmində Azərbaycan sayılıb-seçilən ölkələrdən biridir”.
Novruz Məmmədov Azərbaycanın uğurlarının təməlində dayanan ən mühüm faktorun lider amili olduğunu bildirib: “Azərbaycanın uğurlarının təməlində dayanan ən mühüm faktor lider amilidir, onun mövcud siyasi kursu necə davam etdirməsidir. Bu baxımdan, əminəm ki, qarşıdan gələn 20 il bu uğurların daha möhtəşəm və sürətlə həyata keçirilməsi ilə müşayiət olunacaqdır”.
Eyni zamanda, şöbə müdiri qeyd edib ki, davamlı iqtisadi inkişaf demokratik islahatlarsız mümkün deyil: “Azərbaycan həm də bir hüquqi, demokratik dövlət kimi, siyasi və digər sahələrdə də çox böyük islahatlar aparır. Azərbaycanda bu gün insanların bütün siyasi hüquqları qorunur. Siyasi mövqeyindən asılı olmayaraq, hər kəsin söz, fikir, ifadə azadlığı təmin olunub, internet və media sahəsində heç bir məhdudiyyət yoxdur. Yəni bu baxımdan da Azərbaycan güclü inkişaf yolu keçir və bu istiqamətdə islahatlar davam etdirilir”.
Hülya
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

