/ / Azərbaycanın birinci xanımının dəstəyi ilə İslamabadda kimsəsiz uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
Azərbaycanın birinci xanımının dəstəyi ilə İslamabadda kimsəsiz uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
02.10.2014 [09:54]
Pakistanın İslamabad şəhərindəki Beyt-ul-Mal kimsəsiz uşaq evində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirilib.
İslamabad və Ravalpindi şəhərlərindəki 6 kimsəsiz uşaq evinin 800 nəfərdən çox sakini üçün təşkil olunmuş tədbirdə Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Azərbaycan səfliyinin əməkdaşları, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Beyt-ul-Mal uşaq evinin direktoru Abid Vahid Şeyx çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya pakistanlı kimsəsiz uşaqlara Qurban bayramı münasibətilə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib. O deyib ki, ilahi sevgidən yaranan bu bayram günündə Azərbaycanın birinci xanımının belə bir təşəbbüsü onun humanistliyinin, İslam dəyərlərinə sadiqliyinin, həmçinin iki xalq arasında əlaqələrə verdiyi önəmin göstəricisidir. Abid Vahid Şeyx 2012-ci ildən başlayaraq Heydər Əliyev Fondunun mütəmadi olaraq Beyt-ul-Mal uşaq evinə yardımlar etdiyini bildirib.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Mehriban Əliyevanın adından tədbir iştirakçılarını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Səfir Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən uğurlu layihələr haqqında ətraflı məlumat verib.
O bildirib ki, oktyabrın 6-dan 8-dək Heydər Əliyev Fondu adından qurbanlıqlar kəsilərək Pakistanda daşqından və seldən zərər çəkmiş insanlara paylanacaq.
Tədbirdə İslamabad və Ravalpindi şəhərlərində fəaliyyət göstərən uşaq evlərinin hər bir sakininə hədiyyələr təqdim edilib, uşaqlara nahar verilib.
Mərasimin sonunda uşaqlar üçün musiqi və əyləncə proqramları təşkil olunub.
Sonra tədbir iştirakçıları uşaq evində Pakistan Hökuməti və Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma işləri ilə tanış olublar.
Səfir Daşqın Şikarov, Abid Vahid Şeyx və Pakistan Milli Assambleyasının deputatı Malik Üzeyir Xan jurnalistlərə müsahibə veriblər. Müsahibələrdə ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrindən, Azərbaycanın birinci xanımının Pakistanda həyata keçirdiyi xeyriyyə aksiyalarından danışılıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06

